İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
Tarix: 16.08.2019 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Avqustun 16-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Masallıda bu rayondan olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, turizm müəssisəsinin genişləndirilməsi, investisiya təşviqi sənədinin alınması, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, çəltikçilik, arıçılıq və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məsələsinə baxılması məqsədəuyğun sayılıb.
Qəbula gələnlər regionlarda vətəndaş qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbul çərçivəsində Masallı Sənaye Məhəlləsində müəssisələrin fəaliyyəti ilə tanış olunub. Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən yaradılıb. 2018-ci il sentyabrın 18-də açılışı həyata keçirilmiş sənaye məhəlləsi sahibkarların istifadəsinə verilib və burada ilkin olaraq, ümumi dəyəri 5,33 milyon manat olan 10 layihə icra olunur. Bu layihələr döşək və metal yay, uşaq, mətbəx, yumşaq mebel, taxta və metal emalı, işıq dirəkləri, park oturacaqları, dam örtükləri və aksesuarları, plastik qapı və pəncərə istehsalı və sair sahələri əhatə edir. Layihələrin icrası nəticəsində Masallı Sənaye Məhəlləsində 200 iş yeri yaradılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info