“Master və Marqarita” ekran əsəri Rusiyanın kino tarixində ən bahalı filmlərindən biri ola bilər
Tarix: 17.08.2019 | Saat: 11:15:00 | E-mail | Çapa göndər



Mixail Bulqakovun əsəri əsasında hazırlanan “Master və Marqarita” filminin çəkilişləri 2020-ci ilin payızında başlayacaq. Bu layihə Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biridir.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kalininqradda keçirilən “Qısa” adlı qısametrajlı film festivalının münsiflər heyətinin üzvü İqor Tolstunov deyib.

“Gələn ilin mart ayından “Master və Marqarita” filminin çəkilişlərinə başlayırıq. Kastinq hələ davam edir. Layihədə əcnəbi aktyorların iştirakı gözlənilir. Filmin büdcəsini elan etməsək də bunun Rusiya kino tarixində ən bahalı film olduğunu söyləyə bilərik”, -deyə İ.Tolstunov əlavə edib.
Qeyd edək ki, filmin rejissoru Nikolay Lebedevdir.
Mixail Bulqakovun bu əsəri dəfələrlə ekranlaşdırılıb. Romanın motivləri əsasında ilk film 1971-ci ildə Andjey Vayda tərəfindən çəkilib. Bir ildən sonra Aleksandr Petroviçin ekran əsəri işıq üzü görüb. 1989-cu ildə rejissor Matsey Voytışko dördseriyalı filmini ortaya qoyub. 1994-cü ildə “Master və Marqarita”nı Yuriy Kara ekranlaşdırsa da film müəyyən səbəblər üzündən 17 ildən sonra ekranlara çıxıb. 2005-ci ildə isə Vladimir Bortko öz versiyasını təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info