“Ayntraxt” klubunun prezidenti: “Qarabağ erməni işğalı altındadır”
Tarix: 22.08.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Bu, mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm”. Bunu Almaniyanın “Ayntraxt” klubunun prezidenti Peter Fişer deyib. Frankfurt təmsilçisinin rəhbəri AFFA-nın rəsmi saytına Azərbaycan futbolu barədə danışıb:
“Ölkənizin futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik”. Fişer “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda oynamasının da səbəbini bildiyini deyib. Ermənistanı işğalçı adlandıran almaniyalı funksioner buna yalnız təəssüfləndiyini bildirib: “Buna görə məyusam. Bilirəm ki, “Qarabağ” Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Temperatur 28 dərəcəyə yüksələcək
23.09.2019
“Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik”
23.09.2019
7 ildir bağlı olan yol açıldı
23.09.2019
ADU-da 10 tələbə xüsusi təqaüd alacaq
23.09.2019
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info