Azərbaycanın müraciəti BMT-yə təqdim edilib
Tarix: 23.08.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının BMT-dəki nümayəndəliyi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda Ermənistan hakimiyyət orqanlarının qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müraciətini BMT-nin baş katibinə çatdırıb.
Baş Məclisin gündəliyin 34, 39, 67, 69 və 83-cü maddələrinə müvafiq olaraq Baş Məclisdə və Təhlükəsizlik Şurasında yayılacaq məktubda Azərbaycan xarici siyasət idarəsinin başçısı İrəvanın atəşkəs rejimindən sui-istifadə etməsi, Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparılması barədə beynəlxalq ictimaiyyətə məlumat verib.
Ermənistanın hakimiyyət orqanları beynəlxalq hüququn, 1949-cu il Cenevrə Konvensiyasının, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin normalarını pozaraq, Baş Məclisin rəyinə məhəl qoymayaraq, yeni yaşayış məntəqələri inşa etməyə, aeroportu bərpa etməyə, yollar çəkməyə, yaşayış məntəqələrinin adlarını dəyişdirməyə davam edir. Müraciətdə deyilir ki, kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistanın hakimiyyət orqanları işğal edilmiş Qubadlı rayonu ərazisində 150 mənzillik yeni bina inşa etməyi, Kəlbəcərdən Ermənistanın Vardenis rayonuna yol çəkməyi planlaşdırırlar. Bundan əlavə, Ermənistan Suriyadan olan erməni qaçqınları Azərbaycanın işğal edilmiş rayonlarında qanunsuz şəkildə məskunlaşdırmaq siyasətini davam etdirir. Dəqiq məlumatlara görə, 24 erməni ailəsi Laçına, 7-si Zəngilana, 27-si Kəlbəcərə köçürülüb. Tezliklə Azərbaycanın işğal edilmiş ərazilərinə daha 18 ailə köçürüləcək. E.Məmmədyarov vurğulayıb ki, Ermənistan bu qanunsuz fəaliyyəti ilə Azərbaycan torpaqlarının işğalına görə özünə bəraət qazandırmaq üçün Suriyadakı faciəli müharibədən istifadə edir. Bu, Ermənistanın həmin əraziləri zəbt etməyə yönəldilmiş pozucu mövqeyini bir daha təsdiq edir.
Vaxtilə ATƏT-in Minsk qrupunun rəhbərlik etdiyi iki missiya Azərbaycanın təşəbbüsü ilə Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı bir sıra halları qeydə alıb. Azərbaycanın xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, yuxarıda deyilənlərə baxmayaraq, dünya birliyinin mövqeyi, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanı təkidlə qanunsuz fəaliyyəti dayandırmağa çağırmaları Ermənistanın hakimiyyət orqanlarını pozucu fəaliyyətə son qoymağa məcbur edə bilməyib.
Ermənistan beynəlxalq birliyin rəyinə məhəl qoymamağa davam edir, beynəlxalq hüquq normalarını pozur, bununla da Azərbaycanın səbir kasasını daşdırır. Siyasi danışıqlar aparmaq cəhdləri nəticə vermədiyi üçün status-kvo vəziyyətinin davam etməsi ağlasığmaz nəticələrə gətirib çıxara bilər və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Sonda E.Məmmədyarov həmin qurumlara müraciət edərək, onları Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qanunsuz fəaliyyətini dayandıra biləcək təxirəsalınmaz addımlar atmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir
20.09.2020
Sabah yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info