“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
Tarix: 17.08.2019 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


"İran Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırdır".
Bunu İranda köçərilər və kəndlilərin inkişafı üzrə dördüncü sərgidə (IRDX98) APA-nın Tehran bürosuna açıqlamasında İran Prezident Aparatının məhrum bölgələr və kəndlərin inkişafı üzrə idarəsinin sədr müavini Məhəmməd Ümid deyib.

O qeyd edib ki, Azərbaycan Respubliaksı kəndlərin inkişafı sahəsində çox yaxşı addımlar atıb: "Azərbaycanın bu sahədəki səyi və İranın təcrübəsi iki ölkə arasında əməkdaşlıq üçün geniş zəmin yaradır. İstərdik ki, gələn il təşkil olunacaq sərgidə Azərbaycan da iştirak etsin. Kəndlərin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. Düşünürəm ki, iki ölkənin bu sahədə təcrübə mübadiləsi çox faydalı olacaq”.
Qeyd edək ki, İranın köçərilər və kəndlilərin inkişafı üzrə dördüncü sərgisi (IRDX98) avqustun 15-də fəaliyyətə başlayıb. Tehranın Beynəlxalq Sərgi Mərkəzində 30 min kvadrat metr ərazidə yerləşən sərgi sabah sona çatacaq.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
16.09.2019
Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info