Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
Tarix: 17.08.2019 | Saat: 18:44:00 | E-mail | Çapa göndər



Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib.

Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın “Bazel Aero” şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: “Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər”.
Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan “əzabkeş xalqın” nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info