ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa...
Tarix: 17.08.2019 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Alimlərdən qorxunc proqnoz

ABŞ-la Rusiya arasında tammiqyaslı nüvə müharibəsi Yer kürəsini on illiklər boyu nüvə qışına sürükləyərdi.
Virtualaz.org xəbər verir ki, belə qənaətlə ABŞ-ın Ratger universitetinin, atmosfer araşdırmaları üzrə Milli mərkəzinin və Kolorado universitetinin alimləri çıxış ediblər. Alimlərin araşdırmasının nəticələri "Journal of Geophysical Research" jurnalında dərc olunub.
Mütəxəssislər aydınlaşdırıblar ki, nüvə partlayışları kütləvi yanğınlara və atmosferə kütləvi şəkildə qatı qara tüstünün buraxılmasına (147 milyon tondan çox) gətirib çıxaracaq. "Nüvə buludu" Günəş şüalarının Yerə düşməsini məhdudlaşdıracaq və nəticədə temperatorun orta hesabla 7 dərəcə aşağı düşməsinə səbəb olacaq.
Stratosferdəki küləklər bu nüvə buludunu bütün Yer kürəsinə yayacaq və nəticədə planeti nüvə qışı bürüyəcək. Yerə normal Günəş şüalarının düşə bilməsi üçün ən azı 10 il vaxt lazım gələcək.
Habelə nüvə müharibəsi nəticəsində planetdə musson yağışları başlaya və Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun güclü tərəddüdləri yarana bilər.
"Tammiqyaslı nüvə hücumu bu hücuma qərar verən ölkə üçün intihar demək olacaq",-alimlər bildirir. Əlavə edirlər ki, ABŞ-la Rusiya arasında nüvə müharibəsi bütün dünya üçün fəlakətli nəticələr doğuracaq. Ona görə də siyasətçilər hadisələrin mümkün inkişaf variantını hesablamalı və qərarların qəbulu zamanı bu informasiyanı nəzərə almalıdır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info