Balakənə vəsait ayrıldı
Tarix: 23.08.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Dövlət başçısı Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Balakən rayonunda da uğurla həyata keçirilir.

Dövlət Proqramının icrası nəticəsində Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlər tikilib, emal və istehsal müəssisələri yaradılıb, abadlıq-quruculuq işləri görülüb. Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Balakən Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Prezidentin digər sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info