İran Azərbaycanda ticarət mərkəzi açmaq istəyir
Tarix: 23.08.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İran Azərbaycanda ticarət mərkəzi açmaq niyyətindədir. Bu barədə ölkəmizdə səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirib. Onun sözlərinə görə, bununla bağlı təklif irəli sürülüb:

“Bir çox ölkələrdə belə praktika var. Azərbaycanda da bunu etmək istəyirik. Bununla bağlı Azərbaycana müraciət etmişik, bizə yer də ayrılıb, amma bu yer kifayət qədər uzaq ərazidədir. Prezidentlər arasında keçiriləcək görüşlərdə ümid edirik ki, bu məsələ qaldırılacaq və bizə münasib yer veriləcək. Azərbaycan istəsə İranda bu ölkənin ticarət mərkəzinin tikintisi üçün də yer ayıracağıq. Bir var, biznesmen gedir İrana, bütün fabrikləri, zavodları gəzir mal axtarır, bir də var, həmin şəxs gedir İranın ticarət mərkəzinə, mallarla tanış olur, özünə lazım olanı alır”. Hüseyn Pirmozəyi bildirib ki, İranda, xüsusən də Ərdəbildə xəstəxanaların qiymətinin qalxması Azərbaycandan ora xəstələrin çox getməsi ilə bağlı deyil. Onun sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır: “İran dərman preparatlarının hazırlanması üçün xammalı Avropadan alır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən, ölkədə səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun İrana müalicəyə gələn Azərbaycan vətəndaşları ilə əlaqələndirmək düzgün deyil. Ölkə qanunlarına görə, İran öz vətəndaşları üçün səhiyyə müəssisələrindən istifadəyə görə subsidiyalar verir. Xarici vətəndaşlar üçün isə müalicəyə görə ayrı qiymət müəyyənləşir. Təklif edərdim ki, iki ölkənin ticarət palataları Bakıda xəstələri qəbul edib, onları sığortaladıqdan sonra İranın müxtəlif yerlərinə müalicəyə göndərək. Belə olan halda Azərbaycan vətəndaşları İrana müalicəyə getdikləri təqdirdə, heç bir əlavə xərcləri çıxmayacaq və bizim vətəndaşlarla eynihüquqlu müalicə almaq imkanları olacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan nefti bahalaşıb
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info