Abituriyentlərdən Ali Neft Məktəbinə inanılmaz maraq
Tarix: 23.08.2013 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbinə qəbul kampaniyasının göstəriciləri bu təhsil ocağının test imtahanlarında yüksək bal toplamış abituriyentlərin diqqət mərkəzində olduğunu bir daha sübut etdi.
Məlumata görə, Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq "Neft-qaz mühəndisliyi" ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 650, "Kimya mühəndisliyi" ixtisası üzrə 634 bal olub. İxtisaslar üzrə orta ballar uyğun olaraq 661, 669 və 646, ümumiyyətlə ali məktəb üzrə 656 bal olmuşdur. Keçən il isə bu rəqəm 631 bal olub.
Ali məktəbə qəbul olanların 50%-i 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır.
"Neft-qaz mühəndisliyi" ixtisası üzrə maksimal göstərici 685, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 690, "Kimya mühəndisliyi" ixtisası üzrə isə 695 bal olub.
I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək 695 bal toplamış iki abituriyentdən biri- Qafarlı Sevinc Bakı Ali Neft Məktəbini seçmiş və "Kimya mühəndisliyi" ixtisasına qəbul olub.
Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi neft strategiyasının perspektivlərinə olan böyük inamı, istedadlı gənclərin mühəndislik ixtisaslarına böyük marağı, ARDNŞ-nin həyata keçirdiyi böyük layihələrin perspektivləri və Bakı Ali Neft Məktəbinin cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə bağlıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info