Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
Tarix: 19.08.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni "tarixşünaslığına" sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri - "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" adlı kitabı "Elm və təhsil" nəşriyyatında işıq çapdan çıxıb.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyevdir.
"Olaylar" xəbər verir ki, müəllif işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiadzin kilsəsi qədim Naxçıvanın Oğuz - Türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adyla dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Bu fantastik mif ilk dəfə professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək o nəticəyə gəlir ki, tarixdə nə "Dünya Daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, m.s. "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər.
Müəllif araşdırmasında nəticəyə gəlinir ki, Eçmiadzin kilsəsinin guya XIX əsrin I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış,anonim keşiş Vartanın adına uydurdu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın,köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər illuziyadır, mifdir!




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...
18.09.2020
Belarus sərhədlərini bağlayır
18.09.2020
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
17.09.2020
Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info