Tofiq Hüseynzadə haqqında “Vikipediya”da üç dildə məqalə yaradılıb
Tarix: 19.08.2019 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da görkəmli filoloq, folklorşünas, şair, jurnalist və publisist Tofiq Hüseynzadə (1946-2006) haqqında üç dildə məqalə yaradılıb.
MEK-dən bildirilib ki, Azərbaycan, türk və ingilis dillərində yaradılan məqalələrdə Tofiq Hüseynzadənin elmi fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, o, Səfəvilər dövrünün mütəfəkkiri, ulu babası Miskin Abdalın irsini araşdırıb, 2005-ci ildə “Səfəvilərin böyük övliyası Miskin Abdal” kitabını nəşr etdirib. Tofiq Hüseynzadənin üçcildlik “Xəyal cığırı” kitabında müəllifin böyük və zəngin şeiriyyət dünyası, hekayələri, hikmətli kəlamları verilib. Onun “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” əsəri ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
18.09.2019
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info