Tümen vilayətinin biznes missiyası “Azərsun” Holdinqdə olub
Tarix: 19.08.2019 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin sədri Sergey Poluxinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərsun” Holdinqdə olub. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə “Azərsun” Holdinq rəhbərliyi arasında iki tərəfli görüş keçirilib. Azərbaycanın ixrac potensialının artmasında, yerli məhsulların dünya bazarlarına çıxarılaraq istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanmasında müstəsna rol oynayan “Azərsun” Holdinq barədə məlumat verildikdən sonra, qonaqlara şirkətlər qrupunun tanıtım videoçarxı nümayiş etdirilib. Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik edən Sergey Poluxin bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atan “Azərsun” Holdinqə səfərində məqsəd şirkətlər qrupunun fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulmasıdır. Tümen vilayətində “Jizn” şirkətinin təsisçisi, idarə heyətinin sədri Oleq Dedkov öz çıxışında görüşdə iştirak edən “Azərsun” Holdinq rəhbərliyini salamlayaraq, belə böyük şirkətlər qrupu ilə gələcəkdə əməkdaşlıq etmək istədiklərini və bundan məmnunluq duyacaqlarını söyləyib. Görüşün sonunda qonaqlara “Azərsun” Holdinqin məhsullarında ibarət hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Tümen vilayətinin Azərbaycanda səfərdə olan biznes missiyasının iştirakçıları “Tümen Cihaz” , “Tümen maşınqayırma zavodu”, “Jizn” , “SİBNA” qurumlarının rəhbərləri, “Azərsun” Holdinq tərəfindən isə “Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın baş direktoru Məhəmməd Gozal, “Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın direktor müavini Akif Əsgərov, “Azərbaycan Şəkər istehsalat Birliyi”nin (AŞİB) direktoru Mehran Məmmədov, “Azərsun” Holdinqin baş direktor müavini Nazim Quliyev və İctimaiyyətlə Əlaqələr direktoru Kazım Babayev iştirak ediblər.

Tural





 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18.09.2019
Azərbaycandan İsrailə ixracın dəyəri 91,6 milyon dollar artıb
18.09.2019
“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib
18.09.2019
İndi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info