660 bal toplayan gənc ADPU-nun Şəki Filialını seçdi
Tarix: 19.08.2019 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Artıq 2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul başa çatıb və I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyatı başlayıb. Ötən tədris ilində olduğu kimi, bu il də ADPU-nun Şəki Filialına yüksək bal toplayaraq qəbul olunan tələbələr az deyil. Belə gənclərdən biri də “Xarici dil (ingilis dili) müəllimliyi” ixtisasına qəbul olunan Elcan Mayis oğlu Səlimlidir.
Elcan Səlimli 2002-ci ildə Şəki şəhərində anadan olub. 2008-2019-cu illərdə Şəki şəhər 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci tədris ilində 660 bal toplayaraq ADPU-nun Şəki Filialına qəbul olunub. Təqdirəlayiq haldır ki, Elcan Səlimli ixtisas seçimi zamanı öz ərizəsinə 15 ixtisasın kodunu daxil etmək hüququna malik olsa da, cəmi iki yer - filialda Filologiya fakültəsi üzrə “Xarici dil (ingilis dili) müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarını seçməklə kifayətlənib. Bunun səbəbini soruşduqda isə Elcanın cavabı belə oldu: “Bəli, bu il mənim üçün uğurlu il oldu. Olimpiada qalibi oldum, təhsili qızıl medalla başa vurdum və ali məktəbə qəbul imtahanında yüksək bal topladım. Qazandığımız bütün uğurlar, əslində, Azərbaycan təhsilinin uğurudur. Bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Fikrimcə, müəllimlik ən ali, ən şərəfli peşədir, elə buna görə də mən müəllim olmağı seçdim və bunu ən düzgün seçim hesab edirəm. Qəbul imtahanında yüksək bal topladığımı öyrənəndən sonra ixtisas seçimimlə maraqlananlara ADPU-nun Şəki Filialında təhsil alacağımı bildirəndə təəccüblərini gizlətmədən niyə “Hüquqşünaslıq” ixtisasına və ya başqa nüfuzlu ixtisaslara getməməyimi soruşanlar, hətta “Bu balla rayonda oxumaq olar?” – deyənlər çox olub. Məncə, hər 600-dən çox bal toplayanın “Hüquqşünaslıq” ixtisasını seçməsi bir adət halını alıb. Məgər bizə gələcəkdə savadlı müəllimlər, tərçüməçilər, jurnalistlər lazım deyil? Onu da qeyd edim ki, həmişə ən çox maraqlandığım sahə filologiya, ən sevdiyim fənn isə Azərbaycan dili və ədəbiyyat fənni olub. Bir sözün mənşəyini, qeyri-adi bir cümlənin sintaktik təhlilini araşdırmaq və s. mənə hədsiz zövq verir. Bəxtiyar Vahabzadənin, Sabirin və digər böyük söz ustadlarının şeirlərini oxumaq mənim üçün ən yaxşı istirahətdir. Hiss edirəm ki, mənim dil və ədəbiyyata olan sevgim daha dərinlərdən gəlir. Digər tərəfdən, mənim fikrimcə, mükəmməl təhsil almaq üçün məkan o qədər də mühüm rol oynamır. İstənilən yerdə təhsil almasından asılı olmayaraq, insanın püxtələşməsi öz səylərindən asılı deyilmi? Sevinirəm ki, seçimim reallaşıb, “Xarici dil (ingilis dili) müəllimliyi” ixtisasına qəbul olunmuşam.Təhsil illərində bu dili bütün incəliklərinə qədər öyrənməyə çalışacağam. Eyni zamanda sərbəst olaraq ərəb dilini öyrənirəm. Bizim dilimiz çox gözəl və zəngin bir dildir. Gələcəkdə dilimizin tarixi və bəzi spesifik xüsusiyyətləri ilə bağlı tədqiqatlar da aparmaq istəyirəm. Düşünürəm ki, bunun üçün bir neçə dili mükəmməl bilmək faydalı olacaq”.
Elcan Səlimli ana dilimizə olan sonsuz sevgisini əməli ilə də təsdiq edib. Həm on birinci sinif üzrə buraxılış, həm də ali məktəblərə qəbul imtahanında Azərbaycan dili fənnindən bütün testləri düzgün cavablandıraraq 100% nəticə göstərib. Həmçinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika fənn olimpiadasında ikinci yerə sahib olaraq gümüş medal qazanıb.
2019-cu ildə Elcan Səlimlinin qazandığı uğurlardan biri də orta məktəbi əla qiymətlərlə başa vurması olub. Elcanın bu uğurları qiymətləndirilərək, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə qızıl medalla təltif edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb
24.09.2020
Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?
24.09.2020
Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub
24.09.2020
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb
23.09.2020
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
3 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
4 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
5 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info