“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
Tarix: 19.08.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Samir İsgəndəroğlu: “DAP-ın yaranmasını zəruri edən hər kəsin özünü sərbəst ifadə edə biləcəyi bir tribuna ehtiyacı oldu”

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi hər zaman prioritetdir. Bunun üçün atılan hər bir addım alqışlanmalıdır. Türkiyədəki soydaşlarımızın təşəbbüsü ilə yaradılan Dünya Azərbaycanlıları Platforması (DAP) da bu baxımdan təqdirə layiqdir. DAP ilk layihəsi olaraq 25 avqust-1 sentyabr tarixində Türkiyədə “Dünya azərbaycanlılarının türk həmrəyliyi” tədbirini keçirəcək. DAP-ın sədri Samir İsgəndəroğlu “Palitra”ya müsahibəsində məqsəd və məramlarından danışıb.
-Dünya Azərbaycanlıları Platforması təşkilatının yaradılmasını zəruri edən nə oldu?
-Uzun zaman idi Türkiyədə belə bir təşkilat yaratmaq düşüncəsi var idi. Türkiyədəki mövcud təşkilatların çoxu, demək olar ki, bəyanat verməklə məşğuldurlar. Artıq insanlarımız, özəlliklə də ziyalılarımız yenilik istəyir. DAP-ın yaranmasını zəruri edən də bu yenilik istəyi ilə hər kəsin özünü sərbəst ifadə edə biləcəyi bir tribuna ehtiyacı oldu.
-Platforma olaraq qarşınıza əsas nə məqsəd qoyubsuz?
-Platforma olaraq qarşımıza qoyduğumuz əsas məqsədimiz diasporumuza yeni nəfəs, yeni simaların gəlməsidir. Bu proses Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə Fuad Muradov tərəfindən bəzi əksiklikləri olsa da çox gözəl bir şəkildə aparılmaqdadır. Bu əksikliklər də diaspor fəaliyəti adı altında fərqli fəaliyyətlər göstərən bəzi insanlar tərəfindən yaradılmaqda olan süni əngəllər, maneələr nəticəsində yaranır.
Hər kəsin yer ala biləcəyi daha çox yeni simalardan ibarət bir təşkilatın qurulması ilə bağlı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edildikdən sonra İstanbulda ilk görüşümüz zamanı geniş müzakirəmiz olmuşdu. Bizim yolumuz Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yoludur. Bu təşkilatın əsas məqsədi öncəliklə elm xadimlərini və tələbələri bir araya toplayaraq "qərarverici düşünən beyin" komandası qurmaqdır. Bu istiqamətdə də bəzi layihələrimiz qarşıdakı zamanlarda həyata keçəcəkdir.
İlk layihəmiz də 25 avqust-1 sentyabr tarixində Türkiyədə ilkin düzənləyəcəyimiz "Dünya azərbaycanlılarının türk həmrəyliyi" tədbirini keçirməkdir. Proqram çərçivəsində İstanbulda konfrans, Fethiyedə Qarabağ küçəsinin açılışı, konfranslar və gəmi turu, Antalyada konfranslar, şəhər gəzintiləri olacaq. Əsasən Ankarada yüksək səviyyəli rəsmilər, diaspor nümayəndələri və iş adamlarının iştirakı ilə çox önəmli bir konfrans olacaq.
Qeyd edim ki, biz hər il belə bir formatda tədbir keçirməyi planlayırıq.
-"Dünya azərbaycanlılarının türk həmrəyliyi" tədbirinizin əsas hədəfi nədir?
-Əsas hədəf həmvətənlilərimiz arasında, özəlliklə də iş adamlarımız və elm xadimlərimiz arasında daha sıx əlaqələrin, iş birliklərinin yaranması və bu tədbiri ənənə halına salaraq hər il bir ölkədə təşkil etməkdir.
-Bu tədbirə Azərbaycan və Türkiyədən hansı səviyyədə dəstək göstərilir?
-Tədbirimizə çox böyük maraq var. Xüsusilə Türkiyə, Azərbaycan və Rusiya başda olmaqla digər ölkələrdə yaşayan həmvətənlilərimiz tərəfindən. İlk olmasına baxmayaraq, həm Türkiyəmizin, həm də Azərbaycanımızın rəsmi orqanları tərəfindən böyük maraq vardır. İnanırıq ki, rəsmi şəxslər tərəfindən yüksək səviyyədə qatılımlar olacaq.
Çox önəmli əhəmiyyətə malik bir tədbirdir. Azərbaycanlılar Türkiyə - Rusiya və Türkiyə ilə türkdilli dövlətlər arasında olan münasibətlərdə önəmli rola sahibdirlər. Bu baxımdan Türkiyədə də maraq böyükdür.
Güc birliyimizdədir. Bir olduğumuz müddətcə güclü olacağıq. Əks təqdirdə yox olacağıq. Birini şikayət edib qaralarkən, unutmasınlar ki, ilk öncə özlərini, əslində pisləyirlər... Toplantılarımıza qatılmaq istəyən hər kəsə qapılarımız açıqdır.
-Hazırda tədbirlə bağlı işlər hansı mərhələdədir?
-Hazırda tədbirlə bağlı hazırlıqlar, demək olar ki, yekunlaşıb. Sadəcə xırda bir neçə təşkilatı işlər qalıb, onlar da qısa zamanda yekunlaşacaq. Çox təəssüflər olsun ki, bir çox həmvətənlilərimiz tərəfindən bizlərə tədbirin baş tutmaması üçün fərqli yollarla əngəllər çıxarıldı. Bu, bizi üzsə də, sadəcə öz yolumuza, işimizə baxdıq. Qısqanclıqların olmasına da normal baxırıq. Amma diasporda birlik, bərabərlik olmalıdır. Qısqanclıqlar mənə görə doğru deyil. Məndə şəxsən bu sahədə fəaliyət göstərən heç kəsə qarşı xırda da olsa qısqanclıq yoxdur. Ona görə də, sadəcə bəzən bu qısqançlıqlara anlam verə bilmirəm.
O insanlar hər hansı dövlət orqanlarına telefonla bizləri şikayət etməklə nə qazandıqlarını hələ də anlaya bilmirəm. Amma biz heç kəsi özümüzə rəqib bilmirik və hər kəsi birliyə, həmrəyliyə səsləyirik.
-Xaricdəki soydaşlarımız arasında həmrəyliyin güclənməsində bu tədbirin nə kimi rolu ola bilər?
-İnanıram ki, bu tədbir bir çox işlərin başlanğıcı olacaqdır. Yeni bir addım yeni bir nəfəs olacaqdır. Ən əsası isə birlik və bərabərliyin möhkəmlənməsi istiqamətində önəmli bir addım olacağına inanıram. Bizlər təklikdə güclü olsaq da, üzülərək qeyd etmək lazımdıır ki, birləşdiyimiz zaman, sadəcə bir-birimizlə mübarizə apardığımız üçün zəif oluruq. Nəticə etibarı ilə bir-birmizi fərd olaraq da zəiflədirik.
Güclü ola bilməmiz üçün bir olmağa məcburuq. Bir-birimizə qara yaxmağı kənara qoymalıyıq. Unutmamalıyıq ki, biz bir olmadığımız müddətcə yaşadığımız ölkələrdə digər millətlər bizləri əzəcəklər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info