Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
Tarix: 19.08.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


"Qolos Armenii": “Paşinyan hakimiyyəti parlamentdəki təcrübəli mütəxəssislərdən mümkün qədər tez qurtulmağa və onların yerinə “öz kadrlarını” gətirməyə çalışır”

Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, ölkə parlamentinin aparatında aparılan struktur dəyişiklikləri son dərəcə əsəbi bir mühitdə həyata keçirilir. Belə görünür ki, parlamentdəki kadr dəyişikliklərinin yekunu olaraq, bu qurumda çalışan bir çox təcrübəli erməni siyasətçisinin küçəyə atılacağı istisna edilmir. Əslində bunu parlamentin idarə rəisi Tiqran Galstyan da istisna etmir. O, səbəb kimi, işçilərin əmək qanunvericiliyini kobud şəkildə pozmasını göstərir. Məsələ bundadır ki, hökumət ölkə parlamentində gözlənilən ixtisarları “kadr ehtiyatına keçirilməsi” adı altında kompensasiya etməyə çalışır.
Maraqlıdır ki, Ermənistan parlamentində baş verənlərlə bağlı heç bir izahatının olmadığını etiraf edən "Qolos Armenii" saytı bildirir ki, qurumdakı işçilər şübhələr məngənəsində çabaladıqlarını bildirir. Sayt yazır ki, burada qeyri-adi bir şey yoxdur. Paşinyan hakimiyyəti parlamentdəki təcrübəli mütəxəssislərdən mümkün qədər tez qurtulmağa və onların yerinə “öz kadrlarını” gətirməyə çalışır. Qeyd edək ki, hökumətin bu istiqamətdəki fəaliyyətində “ixtisara salma”dan başqa bir variant görmədiyini bildirən sayt yazır: “Onlar köhnə kadrlardan azad olub bu vəzifələrə öz kadrlarını təyin etməklə öz hakimiyyətlərini gücləndirməyə çalışırlar”.
Sayt hökumətin "kadr ehtiyatına keçirilməsi" adı altında apardığı təcrübənin artıq "effekt" verdiyini də göstərir: "Təəssüf ki, bu təcrübənin ilk qurbanları meydana gəlməkdədir. Parlamentin aparatında 20 ildən çox çalışan şöbə rəhbəri Sasun Petrosyan infarkt keçirərək təcili olaraq xəstəxanaya çatdırılıb. Bu kədərli hadisədən xəbər tutan Sasunun qəzəbli həmkarları, parlament rəhbərliyini "cinayətkar" adlandıraraq öz hüquqlarını müdafiə etmək əzmində olduqlarını da gizlətməyiblər". Məhkəməyə üz tutmağa hazırlaşan əməkdaşlar artıq vəkil axtarışına çıxıblar. Sayt ölkədə ictimai etirazların ola biləcəyini istisna etmir. Bütün bunları «xırda məsələ» kimi təqdim edən və məhkəmələrin bütün şikayətçilərə təzminat ödəyəcəyini istisna etməyən erməni saytı istehza ilə Ermənistanın “zəngin” bir ölkə kimi hər şeyə imkan tapdığını bildirir: “Bu yaxınlarda parlament xalçaların yuyulması üçün 5 milyon dramından keçib. Bu gün ölkədə həyatın yaxşılaşmadığını deyənlərin gözünün içinə tüpürmək lazımdır. Bu gün Ermənistanda həyat “yaxşılaşır”. Xüsusilə də "yeni Ermənistan" rəhbərliyi ətrafında. Əgər siz onlara qoşulmaq istəyirsinizsə, özünüzlə validol götürməyi də unutmayın".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir
18.09.2019
Paşinyanın «inkişaf strategiyası» ianə, diaspor və miqrant yardımlarına əsaslanır
18.09.2019
Türkiyə Prezident Aparatının baş müşaviri: “ABŞ “Patriot“ verəcəyi halda Türkiyənin S-400-dən imtina edəcəyini düşünməsin“
17.09.2019
Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info