“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”
Tarix: 19.08.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


“Türkiyə-Rusiya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlıq Forumu keçiriləcək”

Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEN) tərəfindən avqustun 21-də Türkiyə-Rusiya-Azərbaycan Enerji və Nəqliyyat Əməkdaşlıq Forumu təşkil ediləcək. “Sondakika.com” saytnın RUSEN-ə istinadən yaydığı məlumata görə, Ankara Yıldırım Beyazit Universitetində təşkil ediləcək forum, Rusiya Federasiyası Prezidenti yanında Fond tərəfindən dəstəklənəcək və Ankara Rusiya Araşdırmaları İnstitutu ilə Moskva Müasir Türkiyə Araşdırmaları Mərkəzi və “Bakı Network”un əməkdaşlığı şəraitində gerçəkləşəcək.
Forumda Qafqaz və Orta Asiyaya təsir edəcək yeni əməkdaşlıq imkanları müzakirə ediləcək və üç ölkənin mütəxəssisləri fikir mübadiləsi aparacaq və problemlərin həlli yollarını təklif edəcəklər.
RUSEN başçısı professor Dr. Saleh Yılmazın açıqlamasına görə, Yaxın Şərq və Şərqi Avropada baş verən siyasi proseslər Rusiya, Türkiyə və Azərbaycanı enerji və nəqliyyat sahələrində yeni iş birliyinə yönəldir.
Türkiyənin yenidən Rusiyanın əhəmiyyətli bir ortağına çevriləcəyinə deyən S.Yılmaz bildirib: “Türkiyə, Xəzər vasitəsilə Azərbaycan və Qazaxıstanın da daxil olduğu “Orta Dəhliz Layihəsini” ortaya qoymaqdadır. Layihəyə əsasən Çini Xəzər üzərindən Qərbə ancaq Türkiyə birləşdirə biləcək”.
Moskva Müasir Türkiyə Araşdırmaları Mərkəzinin başçısı Amur Gadjiyev də enerji və nəqliyyat sahəsində Xəzər dənizi və Qafqaz bölgəsinin quru yolu, dəmiryolu əlaqələrində mövcud problemlərin həllinin əhəmiyyətli olduğuna diqqəti çəkərək deyib: "Beləliklə, üç ölkənin ticarət, iqtisadi və enerji əməkdaşlığını genişləndirməsi, Avrasiyadakı digər ölkələrə də müsbət mənada təsir edə biləcək.
Üçlü format problemlərin həllində təsirli olacaq”. Rus-Türk İctimai Forumunun baş katibi, Siyasi Araşdırmalar İnstitutunun icraçı direktoru Sergey Markov, forumun Rusiya, Türkiyə və Azərbaycanın iştirakı ilə üçlü formatda həyata keçirilməsinin əhəmiyyətli olduğuna işarə edərək, formatın ölkələrarası problemlərin həllində çox təsirli bir üsul olduğunu bildirib.
Xəzər və Qafqaz bölgəsinə bağlı yeni axtarışların müzakirə ediləcəyi forum bir gün davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
18.09.2020
İtaliya-Azərbaycan ticarət dövriyyəsi 30 faiz azalıb
17.09.2020
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
17.09.2020
Son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb
17.09.2020
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info