Eldar Namazovun yalanı üzə çıxdı
Tarix: 23.08.2013 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


"EL" hərəkatının funksioneri və hərəkatın rəhbəri Eldar Namazovun müavini olduğunu iddia edən Əflan İbrahimovun iki gün öncə verdiyi açılamalar sözün həqiqi mənasında ortalığı qarışdırıb. O, açıqlamasında sensasion bəyanatla çıxış edərək "EL"-dən istefa verdiyini də bəyan edib. Əflan İbrahimov “milli şura”da toplaşan qüvvələrin Bakıda qarışıqlıq törətməyə hazırlaşdığını da bildirib.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, bu olaya yalnız Eldar Namazovla Eldənız Quliyev reaksiya verib. “Milli şurada təmsil olunan müxalifət liderləri bu qalmaqala nəinki reaksiya verməyiblər, susmaqla sözügedən xain planların olmasından bir növ xəbərdar olduqlarını da göstəriblər.
"EL" hərəkatının və “milli şura” aparatının rəhbəri Eldar Namazov açıqlamasında təşkilatlarında Əflan İbrahimov adlı bir şəxsin olmadığını deməklə bu sensasiyalı fikri ört-basdır etməyə çalışıb. Məsələnin qəribə tərəfi də budur ki, "EL"in digər tanınmış siması Eldəniz Quliyev isə deyir ki, belə bir üzvləri var, lakin inanmır ki, bu cür açıqlamanı o verər.
Eldar Namazovun bu açıqlamasından sonra Ə.İbrahimov mövqeyini bir daha ortalığa qoyub. O, E.Namazovun bu iddiasının yalan olduğunu, özünün isə təşkilatın Ali Məclisinin sədr müavini olduğunu faktlar və sənədlərlə sübut edəcəyini bildirib. Həmçinin Ə.İbrahimovun Eldar Namazovla birgə çəkilən işgüzar fotolar da sosial şəbəkələrdə yayılıb. Şəkildən də görünür ki, sözügedən şəxs E.Namazovun yaxın ətrafından biridir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Erməni kilsəsində parçalanma: “Bizim inamımızı oğurladılar“
14.09.2019
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14.09.2019
Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir
13.09.2019
ABŞ Senatı Uyğur Türklərilə əlaqədar qanun layihəsini qəbul etdi
13.09.2019
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info