Aİİ rektoru qəbul prosesini izlədi
Tarix: 19.08.2019 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş tələbələrin avqustun 15-dən etibarən, qeydiyyat prosesi başlanıb. 2019/2020-ci tədris ilində birinci kurs tələbəsi sayılacaq şəxslər tələb olunan sənədləri İnstituta təqdim edərək qeydiyyatdan keçirlər.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini, sənədlərin qeydiyyatının gedişatını izləyib, həmçinin Aİİ nümayəndələri ilə söhbət edib. Aİİ rəhbəri qəbula gələn valideynlərlə də görüşüb, övladlarının tələbə adı qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rektor ali təhsil müəssisəsi haqqında məlumat verərək, İnstitutda mövcud olan şəffaf müəllim-tələbə münasibətlərindən, gənclər üçün yaradılan imkanlardan, tədrisin hansı formada təşkilindən bəhs edib. C.Məmmədov bildirib ki, qeydiyyatdan keçən tələbələrin bir çoxu yüksəkballı abituriyentlərdir: “Onlar arasında 500-dən artıq balla qəbul olunan gənclərimiz də var. Bu, sevindirici haldır. Onların bu sahəyə marağı təqdirəlayiqdir və ümid edirəm, hər biri sahələrinin peşəkar mütəxəssisi olacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18.09.2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
18.09.2019
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsindən təqdirəlayiq addım!
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info