“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib”
Tarix: 19.08.2019 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin (İB) sədri, professor Əjdər Tağıoğlunun qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. İB-dən AZƏRTAC-a bildirilib ki, kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevdir.
Kitabda bildirilir ki, işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın oğuz-türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla bu fikri darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək bu nəticəyə gəlir ki, tarixdə nə "dünya daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Müəllif araşdırmasında bu nəticəyə gəlir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir!

“Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir”
Yeri gəlmişkən, “Baku Network” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin “Ermənistanın tərkib hissəsi” olması barədə bu ölkənin Baş naziri Nikol Paşinyanın açıqlamaları onun hakimiyyətinin zəifliyinin göstəricisidir: “Aydındır ki, bu cür populist açıqlamalarla N.Paşinyan təkcə daxili siyasi arenada deyil, həm də xarici siyasi fəaliyyətini yaymamağa çalışır. “Qarabağ klanı”na uduzmaqla, N.Paşinyan Ermənistan əhalisinin dəstəyini də itirir. Həm də erməni nazir hakimiyyətə gəldiyi andan öz xalqına Ermənistanda “məxməri inqilab” barədə nağıllar yedirir. Əslində isə Yerevanda əksəriyyəti bu sualı verir: Ermənistanda inqilab olubmu? Yerevanda belə bir fikir var ki, əslində N.Paşinyanın “məxməri inqilab”ı əvvəlki hakimiyyətin də rol oynadığı rəhbər dəyişikliyi üçün hazırlanmış ssenari idi”.
Onun fikrincə, ötən müddət ərzində Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib:“Məxməri inqilab”dan sonra Fransa Prezidenti Emmanuel Makron istisna olmaqla heç bir xarici dövlət lideri Ermənistana səfər etməyib. Amma öz uğursuzluqları fonunda N.Paşinyan öz xalqını Ermənistanın böyük dövlətlər üçün maraqlı olduğu fikrinə inandırmaq cəhdlərindən əl çəkmir. Reallıqda biz ABŞ və Qərbin Ermənistana marağını görmürük. Məhz buna görə də N.Paşinyanın öz xalqını Azərbaycanın işğal olunmuş ərazilərinin “Ermənistanın tərkib hissəsi” olması barədə populist fikirlərə inandırmaqdan başqa çarəsi qalmır. Ehtimal olunur ki, bu cür primitiv bəyanatlarla N.Paşinyan ölkədə əvvəlki nüfuzunu saxlaya bilməyəcək”.

Kamerun, Nigeriya və Konqonun qadın siyasətçilərinə Qarabağ həqiqətlərindən bəhs edilib

Bu arada millət vəkili Q.Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri M.T. Abena Ondoa Nee ilə görüşüb.
Trend-in məlumatına görə, millət vəkili Q.Paşayeva Azərbaycanın Kamerun ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağına inandığını deyib.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri Marie Therese Abena Ondoa neeyə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları, həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.
İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Kamerunun Qadınların səlahiyyətlərinin genişləndirilməsi və Ailə naziri Marie Therese Abena Ondoa Nee beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva eyni zamanda Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.
Ölkələrimizin qadın millət vəkilləri, siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Kamerun, Nigeriya və Konqonun qadın millət vəkilləri, siyasətçiləri, QHT rəhbərləri, tanınmış təşkilat rəhbərləri və fəal qadınları Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini və edəcəyinə inamlarını xüsusi vurğulayıblar.
Millət vəkili Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info