Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
Tarix: 19.08.2019 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 2,7 faizi dəniz, 6,3 faizi dəmir yolu, 0,1 faizi hava, 64,1 faizi avtomobil nəqliyyatı, 26,8 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9 faiz təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,0%-imetro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul ayları ərzində 8,2 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,4%, sərnişin daşınmasında isə 26,0% artım müşahidə olunub.
Orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 3563,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% azalıb. Yüklərin 34,1 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 4690,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4304,0min tonunu və ya 91,8%-ni tranzit yüklər təşkil edib.
2019-cu il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 139,3 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1%artaraq 11,2 min nəfər olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi
23.09.2020
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib
23.09.2020
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib
22.09.2020
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info