Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
Tarix: 19.08.2019 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4453,7 milyon manat təşkil edib ki, onun da 2230,4 milyon manatı heyvandarlıq, 2223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,5% artıb.
Bununla yanaşı, cari il iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1717,1 min hektar olmuş və əvvəlki illə müqayisədə 20,9 min hektar və yaxud 1,2% azalıb. Bu azalma kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə 0,3%, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 1,3% olub.
Ölkə üzrə əkin sahəsinin 1072,5 min hektarını və yaxud 62,4%-ni dənlilərin və dənli paxlalı bitkilərin, 130,2 min hektarını (7,6%) texniki bitkilərin, 147,6 min hektarını (8,6%) kartof, tərəvəz və bostan bitkilərinin, 366,8 min hektarını (21,4%) yemlik bitkilərin əkin sahələri təşkil edib.
Heyvandarlığa gəlincə isə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3% artaraq 289,3 min ton, süd istehsalı 1,7 faiz artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9% artaraq 1093,4 milyon ədəd və yun istehsalı 1,5% artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.
2019-cu ilin yanvar-iyun aylarında 81,2 min baş inək, camış və düyələr elit türədicilərin toxumları ilə mayalandırılmış və 52,3 min baş bala alınıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
19.09.2020
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info