Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
Tarix: 20.08.2019 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən etiraz aksiyasalarına münasibət bildirib.
APA-nın Rusiya bürosunun xəbərinə görə, Putin fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Rusiyadakı etiraz aksiyalarını şərh edib.
Onun sözlərinə görə, vəziyyəti qarşıdurmaya gətirib çıxarmağa heç kəsin haqqı yoxdur, günahkarlar isə cəzalarını almalıdırlar: "Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin, nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar".
Putin iyul və avqust ayındakı aksiyaların hakimiyyətlə razılaşdırıldığını və sülh şəraitində, heç bir qanun pozuntusu olmadan keçdiyini də xatırladıb: "İstərdim ki, bizdə bundan sonra da hər şey belə keçsin, digər ölkələrdə də eksessiz və qanunvericilik pozulmadan baş tutsun".
Rusiya prezidenti Fransada keçirilən “sarı jiletlər”in məlum etiraz aksiyalarına da toxunub: "Bildiyimiz kimi, təkcə Rusiyada belə hadisələr baş vermir. Mən qonağam, bu barədə danışmaq mənə rahat deyil, lakin məcburam, çünki belə suallar verirsiniz. Hamımız “sarı jiletlər” adlandırılan aksiyalarla bağlı hadisələri bilirik, hansı ki, bu hadisələrdə bizdə olan hesablamalara görə, 11 nəfər həlak olub, 2500 nəfər isə yaralanıb, o cümlədən 2 min polis işçisi yaralanıb. İstəmirəm ki, belə hadisələr Moskvada baş versin".
Putin Rusiyada siyasi vəziyyətin qanun çərçivəsində inkişafı üçün hər şeyi edəcəyinə söz verib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info