Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
Tarix: 20.08.2019 | Saat: 10:45:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi dörd, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hisəssində torpaqbərkitmə işləri yekunlaşdırılıb, asfalt örtük vurulub. Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrində torpaq işləri aparılır. Ümumi uzunluğu 48 kilometr olan yolun keçdiyi yerlərdə 120 su keçidi və 6 körpü salınacaq. Asfalt örtüyünü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalı tikiləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info