ATGTİ-də koreyalı gənclərlə görüş
Tarix: 23.08.2013 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəmizdə səfərdə olan Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti avqustun 22-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) olublar.
Qonaqları qarşılayan və ATGTİ-nin qərargahı ilə tanış edən ittifaqın beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli təşkilatın fəaliyyəti haqda məlumat verib. Bundan əlavə, ATGTİ-nin ictimaiyyətlə əlaqələr departamenti tərəfindən koreyalı qonaqlar üçün təşkilatın təqdimatı keçirilib.
Nümayəndə heyəti adından çıxış edən Koreyanın gənclərlə iş agentliyinin, ictimaiyyətlə əlaqələr departamentinin baş meneceri Li Xon Su öz ölkəsinin gənclər siyasəti haqqında danışaraq, Azərbaycanın gənclər siyasəti modelini yüksək qiymətləndirdiyini bildirib.
Görüşün sonunda koreyalı qonaqlar Azərbaycan tərəfi üçün öz ölkələrinin milli musiqisini, rəqslərini və xatirə hədiyyələrini təqdim etdi.
Qeyd edək ki, öz növbəsində ATGTİ də koreyalı qonaqlara Azərbaycanın klassik musiqi əsərlərinin toplandığı “Buta” diskini və təşkilatın çap məhsullarını hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info