Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir
Tarix: 20.08.2019 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC ölkənin regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Qərb regionunda da davam etdirir, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2019-cu ilin 8 ayında Qərb regionunda bir sıra yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.
Belə ki, Gəncə şəhərində yeni salınmış 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını elektrik enerjisi ilə təchiz etmək məqsədilə 110/10 kV-luq “Yeni-Gəncə” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluğunda 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sözügedən qəsəbədə yeni 10 kV-luq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Gəncə şəhərindəki 110/10 kV-luq “Mərkəz” və 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyaları yenidən qurularaq istifadəyə verildikdən sonra istehlakçılar 24 saat dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Eyni zamanda şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri quraşdırılır, hava xətləri çəkilir. Bütün bunlarla yanaşı şəhər ərazisində yeni salınmış yaşayış massivlərində “Azərişıq” ASC tərəfindən verilmiş texniki şərtlərin icrası ilə bağlı (yeni sayğacların quraşdırılması üçün) 0,4 kV-luq şəbəkələr qurulur. Belə ki, həmin ərazilərdə 396 ədəd 0,4 kV-luq yeni metal boru dayaqlar quraşdırılmışdır. 10 km-dən artıq məsafədə yeni ÖİN (SİP kabel) çəkilmişdir.

Şəmkir Elektrik Şəbəkəsi üzrə - 110 və 35 kV-luq Yarımstansiyalarda və Elektrik Verilişi Xətlərində əsaslı və cari təmir işləri aparılmış, 35 kV-luq “I Şəmkir” h/x-də 46 ədəd çürük dayaq yeni metal dayaqla əvəz olunmuşdur. 35 kV-luq C.Cabbarlı h/x-də 25 ədəd aralıq və 4 ədəd ankerdayaq dəyişdirilmişdir. Şəbəkənin xidməti ərazisində 558 ədəd yeni sayğac quraşdırılmış, 1769 ədəd sayğac yenisi ilə əvəzlənmiş, 660 ədəd sayğac isə çölə çıxarılmışdır.

Ağstafa Elektrik Şəbəkəsi üzrə - 110 və 35 kV-luq Yarımstansiyalarda və Elektrik Verilişi Xətlərində əsaslı və cari təmir işləri görülmüşdür. 110/35/10 kV-luq 2x20 mVA gücündə olan “Ağstafa” yarımstansiyası tamamilə yenidən qurularaq, yerində müasir standartlara cavab verən 110/35/10 kV-luq 2x25 MVA gücündə yarımstansiya tikilmişdir. 10/35/10 kV-luq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə əlaqədar ərazidəki 110 kV-luq 5,6,7-ci “Ağstafa” h/x-də 450 ədəd qüsurlu PS-70 izolyator və 1500 kq AS-185 markalı naqillər dəyişdirilmişdir. 5 ədəd 110 kV-luq dayaq rənglənmişdir. 110/35/10 kV-luq “Ağstafa” yarımstansiyasından çıxarılmış 1 x 20 mVA gücündə olan transformator quraşdırılması üçün 110/10 kV-luq “Poylu- Dartı” y/st-na daşınmışdır.
Samux, Qazax,Gədəbəy,Tovuz,Daşkəsən və Göygöl Elektrik Şəbəkələri üzrə də yeni yarımstansiyalar inşa olunur, hava xətləri yenilənir. Bütün rayonlarda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq
17.09.2019
Türk Hava Yolları “2020-ci ilin beşulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17.09.2019
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan üçün tarixi hadisə idi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info