Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
Tarix: 20.08.2019 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı ilə məşğul olan fermerlərin müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsidir. Fermer kooperativlərinin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması baxımından əhəmiyyətli rol oynayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, bu məqsədlə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq fermerlərin maarifləndirilməsi təlimlərinə start verilib.
İlk təlim Ağcabədi fermerlərinin iştirakı ilə keçirilib. Əvvəlcə fermerlərə Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib, kooperativin ali idarəetmə orqanı olan ümumi yığıncağın formalaşdırılması, kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxması, üzvlərə veriləcək ödənişlər, üzvlərin siyahısının rəsmiləşdirilməsi qaydaları izah olunub.
Bildirilib ki, kooperativlərin yaranması nəticəsində fermerlər istehsal ehtiyatlarını bir araya gətirəcək, texnikadan səmərəli istifadə edəcək, bununla da kooperasiya üzvü olan fermerlərin xərcləri azalacaq. Eyni zamanda, növbəli əkinin düzgün qurulması sayəsində daha çox və keyfiyyətli məhsul əldə etmək mümkün olacaq.
Kooperativlərin yaradılmasının üstünlüyü barədə danışan Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova təşkilati məsələlərdə fermerlərə bütün hüquqi dəstəyin veriləcəyini bildirib: “Kooperativdə birləşmiş fermerlər üçün subsidiyalardan yararlanmaq imkanı genişlənəcək, fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq. Çünki, artıq fermer tək bir şəxs adından yox, özündə bir neçə fermeri birləşdirən hüquqi statusa sahib bir müəssisə kimi çıxış etmiş olacaq. Bununla da fermerlərdən girov qoyuluşu sahəsində tələblər aradan qaldırılmış olacaq. Ən əsası isə fermerlərin müstəqil özünü idarəetməyə keçməsi onların fəaliyyət imkanlarını genişləndirəcək, asılılığı azaldacaq”.
Kooperativlərin müstəqil idarəetməyə əsaslandığını deyən Leyla Məmmədova bildirib ki, fermer kooperativlərinin yaradılması kəndlilərin, fermerlərin, xırda sahibkarların dövlət və ya hər hansı bir qurumun asılılığından çıxması üçün əhəmiyyətlidir: “Kooperativlərin əsasında kəndlinin, fermerin özünü toxum, kənd təsərrüfatı texnikası, gübrə və işçi qüvvəsi ilə, zəruri avadanlıqla təmin etməsi dayanır. Yaradılmış hüquqi qurumu isə fermerlər seçki yolu ilə müstəqil surətdə özləri idarə edir. Kooperativlərin ümumi əmlakı üzərində məsuliyyət də elə fermerlərin özündə olur. Bir sözlə, fermerlər bankların kreditlərinə, subsidiyalara, avanslara ehtiyac duymadan öz layihələrini müstəqil şəkildə özləri idarə edir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info