“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
Tarix: 20.08.2019 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


“Təklif edilən qanun layihəsi prokuror və hakimlərin köməyi ilə jurnalistləri, eləcə də siyasi rəqibləri məhv etmək üçün vasitədən başqa bir şey deyil”

Ermənistanın Ədliyyə Nazirliyi ölkədə zorakılığa çağırışlar və zorakılığı təbliğ edənlərə cinayət cəzasının tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıb. Təşəbbüs, bir müddət əvvəl hökumət iclasında cəmiyyətdə zorakılığa yer olmadığını bəyan edən baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb. Maraqlıdır ki, ermənilərin «Qolos Armenii» saytı ölkə başçısının bu təşəbbüsünün altında nələr gizləndiyini üzə çıxararaq oxucularını o qədər də intizarda qoymur. Paşinyanın müxtəlif vaxtlarda siyasi rəqiblərinə qarşı səsləndirdiyi zorakı çağırışları xatırladan sayt bununla sanki, ilk olaraq «tərbiyəçinin özü tərbiyələndirilməlidir» məsəlini ona xatırladır.
Daha bir maraqlı nüans hakimiyyətin zorakılığa çağırışlara cinayət cəzasının tətbiqini niyə
məhz indi gündəmə gətirməsi də maraqlıdır. Sual olunur, məgər bu il altı ay əvvəlkindən daha çoxmu zorakılıq çağırışları səsləndirilib? Əlbəttə ki, yox. Yəni vəziyyət eyni olaraq qalmaqdadır. Sadəcə olaraq, Paşinyanın ehtiyatlandığı vaxtilə onunla birlikdə küçə yürüşləri edənlərin indi narazı olmalarıdır. Məsələ ondadır ki, «məxməri inqilab»dan sonra Ermənistanda vəziyyət yaxşılığa doğru dəyişməyib. Paşiynanı qorxudan da budur. Yəni, onunla birgə “inqilab”da təcrübə toplayanların yeni inqilab cəhdi. Erməni saytı qanun layihəsi kimi təqdim edilən "zorakılığa çağırışlar" və "zorakılığın təbliği"nin nə demək olduğunun layihə müəlliflərinin anladığına şübhə ilə yanaşır: “Heç bir beynəlxalq hüquq sənədlərində bu anlayışlar dəqiq şəkildə ifadə olunmur. Bu baxımdan dünyanın bir çox ölkələri bizi barmaqla göstərib “həsəd” aparacaq, lap elə “paxıllıqdan” öləcəklər”.

“Paşinyan onunla birlikdə “inqilabda” təcrübə toplayanların yeni inqilab cəhdindən ehtiyatlanır”

Sayt hökumətin təklif etdiyi qanun layihəsinin söz azadlığına təsir edəcəyinə də diqqət çəkib. Təklif edilən qanun layihəsində beynəlxalq hüququn əsas tələblərinə tam əsaslanmadığını qeyd edən sayt bunun söz azadlığının məhdudlaşdırılmasına səbəb olacağını yazır.
Saytın qənaətincə, bu layihə Ermənistanda “qanuni” fəaliyyət göstərən prokuror və hakimlərin köməyi ilə tənqidçi jurnalistləri, eləcə də siyasi rəqibləri məhv etmək üçün vasitədən başqa bir şey deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info