“Slate.fr”: “Ərəb baharı” demokratiya gətirmədi”
Tarix: 23.08.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Daniel Verne: “Bu ölkələrdə baş verənlər demokratiya ideyasına ciddi zərbə olmaqla yanaşı, Qərbin ikiüzlülüyünü göstərdi”

“Qahirədə baş verən qanlı olaylara Qərb diplomatlarının reaksiyası Fransa Xarici İşlər Nazirliyi ilə bağlı məşhur lətifəni yada salır. Həmin lətifəyə görə, hansısa X ölkəsində baş verən qanlı olaylardan sonra onlarla insan qətlə yetirilir və Fransanın xarici işlər naziri bütün bunlara görə “narahat” olduqlarını dilə gətirir. Nazirin bu ehtiyatlı mövqeyi gənc diplomatlardan birinin təəccübünə səbəb olur. Ona görə də sual edir ki, bəs həmin ölkədə yüzlərlə insan qətlə yetirilsə, münasibət necə olacaq? Cavab konkretdir: “onda biz “çox narahat” olarıq”. Qərb hökumətləri bu gün, doğrudan, da çox narahatdırlar, amma son hadisələrdən sonra hansı tərəfi dəstəkləmək, hansı mövqeni tutmaq lazım olduğunu müəyyənləşdirə bilmirlər. İstənilən halda söhbət Misirdə ordu və onun komandanı, müdafiə naziri Sisi tərəfindən hakimiyyətin zəbt olunmasından gedir”. Bu fikirlər Fransanın "Slate.fr" nəşrində dərc edilən “Ərəb baharı: qeyri-müəyyən finala doğru xəstə proses” adlı məqalədə səsləndirilib. Daniel Vernenin müəllifi olduğu məqalədə qeyd edilir ki, bu müdaxiləni anlamaq çətin deyil: “Artıq “qanlı qışa” çevrilən “ərəb baharı”nın başlanğıcında amerikalılar və avropalılar baş verənləri anlamağa çalışaraq Tunisdə, Suriyada, Liviyada, Yəməndə və Misirdəki proseslərə öz konsepsiyalarına (keçid prosesi, demokratiya, insan hüquqları və s.) uyğun yanaşmağa başladılar. Hərçənd hadisələr bu şərtlərə uyğun deyildi. Misir prezidenti Məhəmməd Mursi ordunun köməyi ilə xalq hərəkatı ilə devrildi. Bundan sonra elə həmin ordu “Müsəlman qardaşları”nın tərəfdarlarına qarşı silah işlətdi, yüzlərlə insan qətlə yetirildi və ölkədə fövqəladə vəziyyət elan olundu. MAQATE-nin keçmiş rəhbəri, Nobel mükafatı laureatı olan vitse-prezident Baradey etiraz əlaməti olaraq istefa verdi. Ordu Mübarəkin dövründə faktiki olaraq 30 il fövqəladə vəziyyətdə yaşamış ölkədə yenə eyni hal tətbiq etdi. “Əvvəllər” vəziyyət fərqli idi. Düşərgənin sərhədləri dəqiq çəkilmişdi-liberallar hərbçilərə, demokratlar millətçilərə, modernistlər islamçılara, sollar sağlara qarşı mübarizə aparırdılar. Amma indi Misirdə, eləcə də ərəb dünyasında bu sərhədlər, müttəfiqlik, maraqlar, bir-birinə olan münasibət dəyişib. “Müsəlman qardaşları” çoxluğun səsini alaraq hakimiyyətə gəldikdən sonra azlığa qarşı despot münasibət göstərdi, dini ön planda saxladı. Amma onların yerinə ordunun köməyi ilə hakimiyyətə gələn qondarma demokratlar ölkədə hüquqi dövləti qurmağa cəhd belə, etməyərək, iqtisadi üstünlüklərini qorumağa çalışırlar”. Müəllif daha sonra məqalədə qeyd edir ki, 1990-cı illərin əvvəlində oxşar vəziyyət Əlcəzairdə yaranmışdı: “İslahat tələb edənlərin aksiyası azad seçkilərin keçirilməsi ilə nəticələndi. İslam xilas cəbhəsi birinci turda 47 faiz səs topladı. Amma ikinci tur Qərb hökumətlərinin dəstəyi ilə ordu tərəfindən ləğv edildi. Nəticə faciəli oldu-vətəndaş müharibəsi nəticəsində 200 min insan həyatını itirdi. İslamçıların hakimiyyətə gəlməsi ciddi risklər yarada bilərdi, amma seçkilərin ləğv edilməsi demokratiya ideyasına ciddi zərbə olmaqla yanaşı, Qərbin ikiüzlülüyünü göstərdi. 2011-ci ildə “ərəb baharı” başlayan zaman Qərb eyni səhvləri təkrarlamaq istəmədi. Qərb islamçılarla danışıqlara getdi. Amma qarşıya bəzi şərtlər qoyuldu”. Qəzet yazır ki, Qərbin ərəb ölkələrinə gətirmək istədiyi demokratiya alınmadı. İraq bu gün dini məzhəblər arasında qanlı savaş meydanıdır. Qəzzafinin devrilməsindən sonra Liviyadakı silahlı dəstələr zəif mərkəzi hakimiyyətə tabe olmaq istəmirlər. Suriyada baş verən xalq etirazları sonda vətəndaş müharibəsinə çevrilib. Tunisdə hakimiyyətə gəlmiş islamçılar ölkədəki müxtəlif qruplarla mübarizə vəziyyətindədir. Bu ölkədə müxalifət təmsilçisinin öldürülməsi odun üstünə benzin töküb. Amma bu ölkədə vəziyyət Misirdəki kimi dramatik deyil, ordunun da çevriliş etmək ənənəsi yoxdur. Məqalədə qeyd edilir ki, “ərəb baharı” ilə bağlı prosesdən danışarkən ekspertlərin demək olar ki, hamısı “keçid” və “keçid prosesi” kimi ifadələrdən istifadə edirlər. Amma bu ölkələrdə demokratiyaya heç bir keçid baş vermir. Yazıda Şərqi Avropa ölkələrinin kommunizmdən bazar iqtisadiyyatına keçid etdiyi, hətta Avropa İttifaqına üzv olduqları vurğulanır: “Ərəb ölkələri ilə bağlı məsələdə vəziyyət fərqlidir. “Ərəb baharı”nın keçmişdə qaldığını demək olarmı? “Cin artıq şüşədən çıxıb”. Gənclər küçələrə çıxaraq etirazlarını bildirirlər. İlk təcrübə böyük məyusluq yaradıb. Bu ölkələrdə çoxlu mütəxəssislər işsiz vəziyyətdədir, vətəndaş cəmiyyəti hələ formalaşmayıb. Bu vəziyyət bizə bir həqiqəti xatırladır-demokratiya təkcə azad seçki və insan səsi demək deyil. Bu, böyük institut sistemidir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info