“AtaBank”ın maaş kartlarının sahiblərinə kredit fürsəti
Tarix: 23.08.2013 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC “Express Kredit” məhsulunu təklif edir. Bu barədə qurumdan məlumat verilib. Kreditin maksimal məbləği 5000 manat, müddəti isə 48 ay təşkil edir. “Express Kredit”də faiz dərəcəsi 12 ayadək kreditlər üçün illik 22%, 12 aydan yuxarı kreditlər üçün illik 24 % təşkil edir. Əməkhaqqını “AtaBank”ın plastik kartları ilə alan müştərilər üçün isə müvafiq olaraq illik 20% və 22 % müəyyən olunub.
Şəxsi məqsədlər üçün verilən kreditin məbləği adi müştərilər üçün əməkhaqlarının 8 misli, maaşını “AtaBank”ın plastik kartları ilə alan müştərilər üçün 12 misli (ümumiyyətlə, 300 manatdan 5000 manatadək) qədərdir.
Kreditin ödənişi annuitet qaydada həyata keçirilməlidir. Sabit aylıq gəlir 100 manatdan başlamalıdır. Kredit götürənin minimum 1 il iş təcrübəsi olmalı və son 6 ayı hazırkı iş yerində çalışmalıdır. Yaş həddi isə 20-63 yaşdır.
Krediti götürmək üçün 1 nəfər fiziki şəxsin zaminliyi də tələb olunur. Komissiya “AtaBank”ın tariflərinə əsasən müəyyən olunur.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

İlkin





 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info