“Soyuq şorba“ kimi də tanınan ayran aşı necə hazırlanır?
Tarix: 21.08.2019 | Saat: 00:10:00 | E-mail | Çapa göndər



Bunlardan biri ayran aşı şorbasıdır. Bu gün sizə həm də "soyuq şorba" kimi tanınan ayran aşının tərifini veririk.

İstəkli yemək və yeməkbişirmə həvəskarları, südün mayalanması nəticəsində yaranan qatığın, Türkiyə türkcəsi və başqa dillərdə adlanan yoğurtun Türkiyə mətbəx mədəniyyətində xüsusi yeri var. O, bəzən yeməklərin üstündə, bəzən xörəklərin əsas ləvazimatı, bəzən də suda həlledilib içilən ayran şəklində qarşımıza çıxır. Yəqin ki, qatıq dünyaya türklərin sayəsində yayılıb, onun bir çox dillərdə "yoğurt" adlanması məhz türkcədən keçib.
Dünyada XIX əsrdən etibarən yayılmağa başlayan bu faydalı qida ümumtürk mətbəxində əsrlərdir vardır. Elə buna görə türk mətbəxində qatıqla bağlı çox yemək növü yer alır. Bunlardan biri ayran aşı şorbasıdır. Bu gün sizə həm də "soyuq şorba" kimi tanınan ayran aşının tərifini veririk. Əsas ləvazimatı qatıq, buğda və noxud olan, bişirilmədən hazırlanan, soyuq içilən bu şorba isti yay günləri üçün çox faydalı yeməkdir.
Ayran aşı şorbasını hazırlamaq üçün nələr lazımdır, sadalayaq:
Yarım (½) stəkan noxud,
1 stəkan buğda,
3 stəkan qatıq,
5 stəkan su,
1 çay qaşığı quru və ya təzə nanə,
zövqə görə duz və istiot.
İndi isə ayran aşı şorbasını hazırlamağa başlayaq. Buğda və noxudu gecədən isladıb saxlayın. (Əgər hazır qaynadılmış noxudunuz varsa, elə onu istifadə edə bilərsiniz.) Ertəsi gün buğda və noxudun suyunu süzün, yuyun və üzərini keçəcək qədər su töküb qaynadın, buğda və noxudlar yumşalana qədər bişirin. Bişdikdən sonra kənara qoyun ki, soyusun.
Bu arada duz, istiot, soyuyan buğda və noxudları qatığa əlavə edib qarışdırın, sonra soyuducuya qoyun. Soyuduqdan sonra isə üstünə quru, ya təzə nanə, ya da şüyüd töküb süfrəyə gətirin. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Quzu ətli səbzəli güvəc necә hazırlanır?
11.09.2019
``Çoban salatı`` necә hazırlanır?
06.09.2019
Kartoflu tost
01.09.2019
Göbələk supu
23.08.2019
Pendirli kotlet

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info