Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
Tarix: 21.08.2019 | Saat: 09:33:00 | E-mail | Çapa göndər


Yeni dərs ilinin başlamasına az qalsa da, erməni alimlər tarix dərsliklərində son 10 ildə bu ölkədə baş verənləri yazmaqda aciz qalıblar. Əsas problem siyasi hadisələrin hansı mövqedən şərh olunmasıdır.
AZƏRTAC bildirir ki, Ermənistanın Təhsil, Elm və İdman nazirinin müavini Lusina Arakelyan orta məktəblər üçün tarix dərsliklərində məzmunun dəyişdirilməyəcəyini bəyan edib. Bunun əksinə olaraq, nazir Araik Arutyunyan bildirib ki, ən yeni tarixin müəyyən hadisələrinin traktovkası yenidən veriləcək. Bu ziddiyyətlərin fonunda Ermənistanda 1991-ci ildən bəri baş verən hadisələrin tarix kitablarında yazılması məsələsi düyünə düşüb. Ən mübahisəli mövzulardan biri 2008-ci ildə seçkilərdən sonra baş vermiş proseslərin şərhidir. Problemi həll etmək üçün 6 alimdən ibarət komissiya yaradılıb. Onların işləyib hazırladığı kitabın son variantı Milli Təhsil İnstitutuna göndərilib, amma 2013-2018-ci illərə aid hadisələrin şərhini təsdiq etmək mümkün olmayıb. Bunu görən erməni alimlər qərara gəliblər ki, dünya təcrübəsinə müraciət etsinlər: inkişaf etmiş ölkələrdə son 15-20 ilin hadisələri məktəb proqramına daxil edilibmi?
Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkunyan son illərdə ölkədə cərəyan edən hadisələrə neytral qiymət verildiyini bildirib, lakin hakimiyyət heç də bu fikirdə deyil. O əlavə edib ki, Koçaryanın prezidentliyi dövründə baş vermiş siyasi qalmaqallara siyasi hakimiyyət və məhkəmələr qiymət verməlidir. Onun sözlərinə görə, bu, tarixçi alimlərin işi deyil.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info