Bu il 9 illik bazadan kolleclərə sənəd verənlərin sayı rekord həddə çatıb
Tarix: 23.08.2013 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Bu il ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında rekord sayda abituriyentin iştirakı gözlənilir. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M.Abbaszadənin sözlərinə görə, avqustun 25-də 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfəri oğlanlar, 23565 nəfəri qızlar təşkil edir. Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verən abituriyentlərin 283 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunu olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir.114 abituriyent xarici ölkə vətəndaşıdır. ən yaşlı abituriyent 1965-ci, ən gənc abituriyent 2001-ci il təvəllüdlüdür. Qəbul imtahanı avqustun 25-də mərkəzləşdirilmiş qaydada respublikanın 12 şəhərində-Bakı, Naxçıvan, Gıncə, Sumqayıt, Mingəcdevir, Şəki, Ağcabədi, Göycay, Şirvan, Salyan, Lənkəran, Tovuz, Masallıda və Xacmazda keçiriləcək. İmtahanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbri , 3314 nəzarətçi-müəllim ayrılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
29.09.2020
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
28.09.2020
“Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək”
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info