Xoşbəxt və sağlam həyat üçün 4 təklif
Tarix: 23.08.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Arıqlamaq və daha sağlam bir həyat üçün sizə zərər verən bütün xasiyyətlərinizdən imtina etməniz lazımdır. Əvvəlcə məqsədiniz arıqlamaqsa, öz həyat tərzinizi ən az bir həftə müşahidə etməlisiniz. Nələr edirsiniz, yemək və yuxu vərdişləriniz necədir, nizamlı şəkildə qəbul etdiyiniz qida növü nədir kimi suallara özünüz cavab tapmalısınız. Bu mərhələni keçdikdən sonra izləyəcəyiniz addımlar çox əhəmiyyətlidir

Həftəlik çəkinizi yoxlayın
İlk zamanlarda bu vəziyyət bir az sinir pozucudur. Tətbiq etdiyiniz diyetlərin dərhal qarşılığını almaq istəyərsiniz. Səbirli və nizamlı təqib kilovermə mərhələsində həssas bir tarazlıqdır. Həftəlik kilonuzu ölçmək nə qədər irəlilədiyinizi və tətbiq etdiyiniz proqramların sizin üçün faydalı olub-olmadığını görmək baxımından əhəmiyyətlidir.

Stress
Yalnız kilo verərkən deyil, həyatda streslə başa çıxmaq çətin bir vəziyyətdir. İş, ev, ailə həyatınız sizi gərginləşdirən faktorlar arasındadır. Buna bir də kilovermə problemi əlavə olununca, dözülməz hala gələ bilər, hər şeyə tez əsəbiləşə bilərsiniz. Bu anda baxış bucağınızı dəyişdirməli və sakit qalmaq üçün səy göstərməlisiniz. Araşdırmalara görə, kilo alan insanların bir çoxu stresli mühitlərdə olur. Və bu vəziyyət onlarda stresi yemək yeyərək basdırma duyğusunu qızışdırır. Məhz bu anlarda gərginlikdən uzaq dayanmalı, dayana bilmirsinizsə də, yeməklərlə bu vəziyyəti kompensasiya etməməlisiniz.

Meyvələr gözünüzün
qarşısında olsun

Xüsusilə mətbəx dəzgahınızın üzərində, göz xəttinizdə təzə və rəngli meyvələr saxlayın. Bu sayədə fərqində olmadan özünüzü vitaminlə təmin etmiş olacaqsınız. Zərurət halında meyvə yemək sizi çox vaxt tənbəlləşdirə bilər. Lakin gözünüzün qarşısında ürəyiniz istəyincə qəbul edəcəyiniz qidalar daha yerində və faydalı olacaq.

İctimai həyat
Dostlarınız və ətrafınızdakılarla edəcəyiniz fəaliyyətlər sizi boş qalmaqdan və bu sayədə davamlı bir şeylər yeməkdən qurtara bilər. Edəcəyiniz fəaliyyətlər sizi aktiv istirahətlə təmin edərkən, zehni olaraqda rahatlamanızı təmin edəcək. Dostlarınızı da daxil edə biləcəyiniz idman fəaliyyətləri-velosipedə minmək, qaçmaq, yerimək kimi daha əyləncəli və təsirli olacaq. Fiziki və zehni olaraq aktiv keçiriləcək bir həftəsonu sonrakı həftəyə daha müsbət və enerjili girmənizi təmin edər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info