“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
Tarix: 21.08.2019 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “İqtisadi artımın, iş yerinin olmadığı, maaşların aşağı olduğu, insanların qaçdığı ölkədə ipoteka kreditlərinin və borcalanların artması ciddi iqtisadi risklər yaradıb”

İngilis filosofu Frensis Bekonun belə bir fikri var: «Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır…”. Məsələ bundadır ki, erməni baş nazir Nikol Paşinyanın şəxsi «Facebook» səhifəsində paylaşdıqlarına istehza nümayiş etdirən «Qolos Armenii» saytı baş nazirin «Ermənistanın inkişafı ilə bağlı» qeyd etdiyi rəqəmləri haradan əldə etdiyinə həsəd aparır. Əslində, burada elə də təəccüblü bir şey yoxdur. Çünki Paşinyan ingilis filosofunun dediyi kimi, hələ ki, erməni xalqına verdiyi yalanların kölgəsinə sığınmaqdadır.
Beləliklə, hökumət başçısının son iki paylaşmasına diqqət yetirən sayt yazır: “Bu paylaşmaların birində Nikol Paşinyan daşınmaz əmlak bazarında açıq-aşkar aktivləşmənin, mülk satanlardan daha çox alıcının olması, daşınmaz əmlak əməliyyatlarının sayının ötən illə müqayisədə xeyli artması və s. barədə danışır». Sayta görə, Nikolun bu rəqəmləri haradan əldə etməsi müəmmalıdır: «2019-cu ilin iyun ayında 2018-ci ilin iyun ayı ilə müqayisədə ipoteka kreditlərinin həcmi 174 faiz, 2019-cu ilin birinci yarısında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 120 faiz artıb. Bu, son on ilin ən yüksək göstəricisidir və mən hətta deyərdim ki, müqayisəedilməz bir dünya rekordudur». Bəli, belə bir göstərici «görünməmiş göstərici» də adlandırıla bilər. Amma Paşinyan məsələnin əsl mahiyyətini açıqlamır. İqtisadçılar qeyd edir ki, baş nazir Amma Paşinyan anlamır ki, bu vəziyyət çox pis nəticələr verə bilər. Xüsusən bank sektoru və ümumilikdə dövlət üçün ciddi risk yaranıb. Niyə? Ona görə ki, ipoteka kreditləşməsinin artması əhalinin ödəmə qabiliyyəti ilə mütənasib deyil. İqtisadi artımın, iş yerinin olmadığı, maaşların aşağı olduğu, insanların qaçdığı ölkədə ipoteka kreditlərinin artması nonsensdir. Məsələn, bu ilin iyun ayına ölkədə olan orta aylıq əməkhaqqı 176 min dram təşkil edib. Lakin «məxməri inqilab»dan əvvəl, məsələn 2017-ci ildə ölkədəki orta əməkhaqqı 177 min dram idi. Belə görünür ki, əslində bu göstəricidə ciddi dəyişikliklər olmayıb, yəni əhalinin ödəmə qabiliyyətində heç bir artım yoxdur, əksinə maaşlarda azalma var.
İpoteka krediti ilə bağlı Paşinyanın dediklərinə münasibət bildirən saytın yazdığına görə ölkədə borcalanların kredit öhdəliklərini ödəyə bilməməsi ilə əlaqəli açıq risklər artıq özünü göstərməyə başlayıb. Əmək bazarındakı azalma, əhalinin ödəmə qabiliyyətinin də azaldığını göstərir. Lakin maraqlıdır ki, Nikol bir müddət əvvəl bu ilin ilk yarısında ölkədə işsizliyin altı faiz azaldığını bildirmişdi. Təbii ki, burada da Paşinyanın “qırmızı yalanı”na təəccüblənməmək olmur. Nikolun bu rəqəmləri haradan əldə etməsi məlum deyil. Hələlik, erməni xalqı Paşinyanın bu tapıntıları üzərində baş sındırarkən, çox güman ki, baş nazir yaxın günlərdə yenidən «Facebook» səhifəsində nə isə müəmmalı rəqəmlər yazacaq. Yazdıqlarını isə «məxməri iqilab»ın misli görünməmiş bir nailiyyəti kimi təqdim edərək. Əslində, Paşinyana xatırlatmaq lazımdır ki, pisi yaxşı kimi təqdim edib xalqa sırımağa çalışmaqla ölkədəki vəziyyəti yaxşılığa doğru dəyişməyəcək. Bu, sadəcə olaraq, özünü aldatmaqdır ... Dosteyevskinin belə bir fikri var: “Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayıra bilməz”. Bu gün dahi rus ədibinin bu fikirlərini bütünlüklə erməni baş nazirə şamil etmək olar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Bu gün heç kim etibar edib Ermənistana borc vermək istəmir”
17.09.2019
“Politik.am”: “Paşinyanın xidmət edən oğlu İrəvan küçələrində gəzir”
17.09.2019
“Qraparak”: “Ermənistanda “istefalar paradı” başlaya bilər”
17.09.2019
Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib
17.09.2019
Diaspor sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info