Aşura mərasimləri: ənənəvilik və müasirlik
Tarix: 21.08.2019 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Avqustun 21-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik" mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın rəhbərliyi, icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.
Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov nümayiş edilən filmlə bağlı fikirlərini bölüşərək ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə xalqımız naminə atdığı uğurlu və cəsarətli addımlardan danışıb.
Konfransın aktual mövzuya həsr edildiyini bildirən icra başçısı dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadlardan, ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyindən danışıb. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunan icra başçısı bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ulu öndərin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə nümayiş edilən filmlə bağlı fikirlərini bölüşərək bildirib ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyev çətin siyasi vəziyyətdə milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb, azərbaycançılıq ideologiyasının əsasını qoyub.
O bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. Respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir.
İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəssüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. Dövlət Komitəsinin sədr müavini təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.
Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan sədr müavini radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edib. O, həmçinin xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda, bunların qarşısının alınması yollarından söz açıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli qazisi Mirqiyas Təhməzov, respublika Baş Prokurorluğunun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.
Konfrans mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.
Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info