“Gəlin, özümüzü aldatmayaq”
Tarix: 23.08.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Həqiqətən də, yaxşı komandaya qarşı oynayırdıq. Rəqibin çox yaxşı formalaşmış heyəti var. Azarkeşlərimizin belə komanda görməyi yaxşı haldır”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bildirib. Ağdam təmsilçisinin çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”a uduzduqları ilk oyunundan (0:2) sonra fikirlərini açıqlayıb:
“Bu, bizim üçün böyük təcrübədir. Ən azından Bakıda məğlub olmayacağımıza inanırdıq. İlk dəqiqələrdən diqqətsizlik oldu. Bu qolu gözləmirdik. Həmin epizoda baxacağıq. Rəqib cərimə meydanında təhlükəlidir. Hər birinin yüksək ustalıq səviyyəsi var. Hər 2 qolu vuran 14 nömrə öz sözünü dedi”. Qurbanov azarkeşi görə məyus olduqlarını da vurğulayıb: “Stadiona gələn çoxlu azarkeşlərə sevindirə bilmədiyimizə görə məyus olduq. Biz kiçik ölkələr çox güclü komandalara qarşı mübarizə aparmağa başlayırıq. Bilirəm ki, cavab oyunu haqda sual verəcəksiniz. Onu deyə bilərəm ki, Almaniyada bundan yaxşı oynayacağıq. Azarkeş dəstəyi böyük olsa da, çəkinməyəcəyik. Ancaq buna qədər çempionatda “Qəbələ” ilə oyunumuz var. Çalışacağıq ki, komandanı tam hazırlayaq. Daha hazırlıqlı futbolçuları meydana buraxmağa çalışdıq. Texniki səhvlərimiz çox oldu. Rəqib 2-ci qolu vurandan sonra futbolçulara daha çətin idi. Frankfurta məğlub olmağa getməyəcəyik. Əksinə, daha yaxşı oyun göstərməyə çalışacağıq. Başqa yolumuz yoxdur. Düşünmürəm ki, səhv vardı. Sadəcə, rəqib Bundesliqa komandasıdır, futbolçulara onlara qarşı oynamaq çətin idi. Onlar çox güclü futbolçulardır. Biz Azərbaycan, onlar Almaniya çempionatında oynayır. Bu, hər şeyi deyir. Bizim çempionatı Almaniya Bundesliqası ilə müqayisə etmək olmaz. Onlarda hər oyunda stadion dolursa, bizdə yalnız beynəlxalq oyunlarda belə olur. Biz 1 addım irəli gediriksə, onlar bəlkə 10-50 addım irəli gedirlər”. Qurbanov Corc Leroy və Reynaldo haqqında da danışıb: “Leroy əvəzolunmaz futbolçu yox, sadəcə, yüksək ustalığı olan futbolçudur. Belə futbolçuların meydanda olmağı vacibdir. Onun səhvləri olsa da, statistikaya görə ən faydalı oyunçularımızdan biri idi. Reynaldonun yoxluğu o deməkdir ki, sürət hansısa dərəcədə aşağı düşür. Reynaldo son vaxtlar ən yaxşı formada olan oyunçularımızdan biri idi. Təbii, belə rəqiblə oyunlarda Reynaldo kimi futbolçuların yoxluğu hiss olunur. Ancaq demək olmaz ki, Reynaldo olsaydı, nəticə başqa cür alınardı. Rəqib baş məşqçinin fikri ilə razıyam ki, Rəşad Sadıqovu sıradan çıxara bildilər”. Baş məşqçi cavam matçı haqqında bunları deyib: “Gəlin, özümüzü aldatmayaq. Bəlkə başqa rəqib olsaydı, nəyəsə ümid etmək olardı”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Liverpul“ və “Çelsi“ uduzdu
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info