Karate ustalarımız Dünya Çempionatında səkkiz medal qazanıb
Tarix: 23.08.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate-do (WSKF) döyüş növü üzrə Dünya Çempionatı keçirilib. Azərbaycan Ənənəvi Karate-Do Federasiyasından bildiriblər ki, çempionatda 33 ölkədən 700-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi federasiyanın prezidenti VII dan qara kəmər ustası Əhməd Hətəmovun rəhbərliyi altında yeddi idmançı təmsil edib. Çempionatda milli komandamız iki qızıl, üç gümüş və üç bürünc. medal qazanıb. Şəxsi yarışda 18-20 yaş qrupunda təmsilçilərimiz S.Hətəmov ikinci, F.Fərzəliyev üçüncü yeri tutublar. Komanda “kumite” döyüşündə isə S.Hətəmov, P.Abdullayev və F.Fərzəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklərin yarışında 75 kiloqram çəki dərəcəsində Mehman Eynalov ikinci, Fuad Əliyev üçüncü, Orxan Heydərli ikinci olublar. “Komanda kumite” növü üzrə isə M.Eynalov, F.Əliyev, O.Heydərli üçüncü yeri tutublar. Veteranların (ustaların) yarışında 38 yaşdan yuxarı qrupda Ə.Hətəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və çempionatın qızıl medalını qazanıb.
Beynəlxalq dərəcəli hakimlər Əhməd Hətəmov və Yusif Məmmədov çempionatın final görüşlərini idarə ediblər. Yarışdan əvvəl idmançılarımızın iştirakı ilə texniki seminar və kəmər dərəcələrinə imtahan olub. Seminarda təmsilçilərimiz Süleyman Hətəmov, Pənah Abdullayev və Firdovsi Fərzəliyev qara kəmərə layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir
15.09.2019
İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb
14.09.2019
İngiltərə Premyer Liqası: “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb
14.09.2019
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info