Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
Tarix: 22.08.2019 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatmışdır və onun ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib.
Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin mart ayında start verilmişdi. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan “Sublime Management Services LLC” dəvət olunmuşdu.
Akkreditasiyanın əsas məqsədi laboratoriyada pasiyentlərə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiq etməkdir.
Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verəcək.
Beləliklə, Mərkəzi Gömrük Hospitalının kliniki-diaqnostik laboratoriyasının akkreditasiyası onun səlahiyyətliliyini və keyfiyyətli tibbi xidmət təqdim etmək imkanlarını təsdiq edir. Bu zaman keyfiyyətli işin təşkili və daim yaxşılaşmağa yönəldilmiş idarəetmə sisteminin fəaliyyəti də tam təmin edilir. Bu məqsədlə daxili auditlər, işdə uyğunsuzluqların aşkarlanması və onlara nəzarət, xəbərdaredici tədbirlərin aparılması nəzərdə tutulub.
Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info