Yüksək balla Aİİ-ni seçən tələbə: “Sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə az vaxt ayırdım”
Tarix: 22.08.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Mirhüseyn Qənbərov: “Hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur”

Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına 523 balla daxil olan Mirhüseyn Qənbərovla müsahibəni təqdim edirik.

- Özünüz haqqında məlumat verərdiniz.

- Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam.

- Qəbul imtahanı necə keçdi?

- Azad, sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı. Birinci dəfə imtahanda iştirak edəndə 427 bal toplamışdım. Daha çox çalışdım, ikinci dəfə imtahan verdim və 523 bal topladım.

- Yüksək nəticə göstərmək üçün nələr etdin?

- İmtahana ciddi şəkildə hazırlaşdım. Yüksək bal toplamaq arzusunda idim, sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə, dostlarla görüşləri az vaxt ayırdım. Çalışmalarımı daha təkmil və sistemli qurdum. Axı, məqsəd uğrunda mübarizə üçün vaxt məhdud idi.

- Başqa universitetlərə daxil olmaq üçün yetərli balın var idi. Maraqlıdır, niyə məhz Azərbaycan İlahiyyat İnstitutunu seçdin...

- Qeyd edim ki, ilahiyyata böyük marağım var. Bu sahəni daha ətraflı mənimsəmək üçün seçimim Azərbaycan İlahiyyat İnstitutu oldu. Valideynlərimin, ailəmin mənə böyük dəstəyi var idi.
İnstitut yaranandan onun fəaliyyətini izləyirdim. Tələbələr üçün yaradılan şərait, pulsuz təhsil, bütün dinlərin tədris edilməsi, üstəgəl, ilahiyyata olan sevgim bu ali təhsil müəssisəsinə olan marağımı artırdı. Fikrimcə, hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur. Əminəm ki, İnstitutda istədiklərimə nail olacağam.

- Gələcəyə dair planların?

- Gələcək planlarıma gəlincə, uğura nail olmaq, öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm. Gələcəkdə biliklərimi daha da gücləndirmək məqsədilə təhsilimi xaricdə davam etdirməklə bağlı planlarım var.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info