Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
Tarix: 22.08.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov avqustun 22-də Şəmkirdə Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.
Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Tovuzda Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 32 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə göndərilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info