Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
Tarix: 22.08.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Müşviq Ələsgərli: “Bu "mənəviyyatı" haradan alıblar, kimə xidmət edirlər?!”


Radikal müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli “Facebook”dakı səhifəsində Əbülfəz Elçibəylə bağlı öz maraqlarına xidmət edən paylaşım edib. O əqidə dostları, partiyadaşları olaraq onun məzarını ziyarət edəcəyini bəyan edib... Maraqlıdır ki, AXCP sədrinin bu qeyri-səmimi sözlərinə reaksiya verənlər arasında daha çox onun Elçibəyin yolunu davam etdirməyə layiq biri olmadığını deyənlər olub. Düzdür bu cür rəylər dərhal silinib. Hətta şərhlərdə bunu ReAl tərəfdarlarının yazdığı da iddia olunub. Amma reallıq budur ki, həqiqətən də Əli Kərimli həmişə insanların diqqətində olan proseslərdən, hadisə və şəxslərdən öz maraqları üçün istifadə edib. AXCP sədrinin Əbülfəz Elçibəyin əleyhinə nələr etməsi barədə dəfələrlə mətbuatda yazılar gedib, eks-prezidentin ailəsi tərəfindən də bu faktlar təsdiqlənib və Əli Kərimli qınanıb.
Bu mövzu ilə bağlı qısa və oxşar bir xatırlatmanı da edək ki, bir neçə il öncə Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev “Yurd” sədrinin xəyanətləri ilə bağlı kifayət qədər faktların olduğunu dilə gətirmişdi. Onun sözlərinə görə, xəyanətkar Əli Kərimli hətta Əbülfəz Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu yerləşdirmişdi: “Əli Kərimli deyəndə nədənsə "satqın" və "xəyanətkar" sözləri yada düşür. Diqqət versəniz görərsiniz ki, bu insan siyasi fəaliyyəti boyunca hamını öz şəxsi və siyasi maraqlarına qurban verib və hətta dostlarına belə xəyanət edib”. İndi onun durub Elçibəyin məzar başına adam toplamağa çalışması və özünü ən layiqli davamçı kimi təqdim etməsi təbii olaraq insanlarda qıcıq yaradır.
Ümumiyyətlə, Əli Kərimli yuxarıda da qeyd etdiyim kimi proseslərdən və ayrı-ayrı adamlardan şəxsi maraqları üçün daim istifadə edib. Hətta qışda “milli şura” adıyla təşkil etdikləri mitinqdə də Mehman Hüseynov amilindən istifadə etmişdilər. Eyni zamanda indi bəyənmədiyi ReAl Partiyasının sədri İlqar Məmmədovun da öz tərəfdarlarını həmin mitinqə çağırmışdı. Hansı ki, sonradan “mən etdim”, “bacardım” “milli şura”nın əməyin nəticəsidir” kimi fikirlər səsləndirməklə İlqar Məmmədov və tərəfdarlarında qıcıq yaratdı və nəticədə də “realçılar” bir daha onların mitinqlərinə qatılmayacaqlarını dedilər.
Yəni bu cür şəxsi mənafe naminə “istifadə” təcrübələri 90-cı illərin əvvəllərində də olub, dünən də oldu, bu gün də davam edir... Hətta müxalifət bir neçə gün öncə şəhid pilotumuzun ağır faciə nəticəsində dünyasını dəyişməsindən istifadə edərək yas mərasimi üzərindən də öz çirkin əməllərini həyata keçirmək istədi. Min cür uydurma iddialar, ittihamlarla hakimiyyəti tənqid edən Əli Kərimli əslində bu cür mərasimlərin adamı deyil... O pilotun yas mərasiminə qədər də, mərasimdən sonra da qalmaqallar yaratmağa çalışacaq, yolboyu özünə yaxın şəxslərə müsahibələr verə-verə yası şouya çevirəcəkdi. Artıq cəmiyyətimizdə də onun və ona yaxın olan digər müxalifətçilərin məlum yas mərasimi ilə bağlı anormal fikirlərinə qınaqlar gəlir. Ziyalılar, ayrı-ayrı peşənin sahibləri siyasət meydanı ilə xalqın həssas məqamlarında sərgilənən mərasimləri qarışdırmamağı tövsiyə edirlər. Məsələn, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bununla bağlı deyib: “20 yanvarın ildönümündə, "Şəhidlər xiyabanında" 2 il ardıcıllıqla insident törədənlər, ümumilli aksiyanı özünün təbliğat tribunasına çevirmək istəyənlər; M.Ə. Rəsulzadənin doğum günü aksiyasını Novxanıda özlərinin "mitinq-yürüşü" kimi təqdim edənlər; 26 fevralda Xocalı soyqırımı abidəsinin ziyarətini kontekstdən çıxaran, erməni vandalizmini unutdurub Azərbaycanın dövlət qurumlarını hədəfə çevirmək istəyən "radikal müxalifət" təmsilçiləri indi də şəhidimiz Rəşad Atakişiyevin dəfn mərasimini siyasiləşdirməyə çalışırlar. Gah "müxalifət nümayəndələrinin mərasimə buraxılmadığını" iddia edirlər, gah da "ali rütbəli dövlət məmurlarının mərasimdə görünmədiyinə" dair şayiə yayırlar. Bu "mənəviyyatı" haradan alıblar, kimə xidmət edirlər?!”.
Qısası bu gün özünü müxalifətdə vahid lider kimi göstərməyə çalışan bu adamın davranışları, keçmişdə və bu gün sərgilədiyi hərəkətləri şəhidlərimizə və digər şəxslərin ailələrinə, yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil!
Yəni, yalnız Elçibəy məsələsi ətrafında deyil, cəmiyyətimizin diqqətində olan bütün hadisə və tədbirlər üzərindən də xal qazanmağa çalışır. Bütün kütləvi tədbirlərə bir münasibət sərgiləyir ki, bu da həmin hadisədən necə yararlanmaqdır... Bu insan istənilən məsələnin mahiyyətini öz maraqlarına uyğun istiqamətləndirməyə və maksimum yararlanmağa çalışır. Ancaq xalq müxalifəti də, onların başında duranları da 90-cı illərdən yaxşı tanıyır və onların əməlləri və davranışlarındakı qeyri-səmimilikləri, əsl niyyətləri yaxşı sezə, duya bilir. Ona gör də hüzr mərasimlərində ev sahibləri mənəvi-dini dəyərlərimizə hörmət etməyən Əli Kərimli kimilərini görmək istəmirlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info