Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
Tarix: 22.08.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça istehsalı üçün zəruri xammal bazasının yaradılması məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, burada İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq. Avqustun 22-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikdə tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, artıq fabrikdə əsas tikinti işləri başa çatdırılıb. Hazırda həyətdə abadlıq işləri aparılır. Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyirilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda avadanlıqların quraşdırılmasına başlanılacaqdır. İdarə Heyətinin sədri keyfiyyətə ciddi diqqət yetirilməsi, qısa zaman ərzində fabrikin işçi heyətinin formalaşdırılması barədə tapşırıqlar verib. Qeyd edək ki, fabrikin istehsal gücü ildə 1500 ton çirkli yun qəbul etməyə imkan verir. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350 ton təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.
Fabrikdə 100 nəfər işlə təmin ediləcək. Burada istehsal olunacaq ipliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaqdır. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Azərbaycanda yeni sahə olan bu fabrikin fəaliyyətinin təmin olunması məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər iki il müddətində yerli mütəxəssislər hazırlayaraq fabrikin kadr potensialını formalaşdıracaqlar.
Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bu məntəqələrdə il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir. Artıq bir neçə aydır ki, tədarük məntəqələrində yun qəbuluna başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək
17.09.2019
Bu ilin sonunda Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info