Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?
Tarix: 22.08.2019 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Kriminal mövzulu ictimai təhlükəli əməllər barədə bəzi jurnalistlər mülkiyyət əleyhinə daxil olan cinayətlərin növləri ilə bağlı səhvlərə yol verir. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, səhvlər əsasən oğurluq, dələduzluq, soyğunçuluq və quldurluq kimi talama cinayətlərində rast gəlinir.
Xidmət rəisi səhvlərin nədən ibarət olduğuna toxunaraq qeyd edib ki, məsələn, “quldurluq hadisəsi baş verib” sərlövhəli xəbər verilir, yazının içərisində hadisənin fabulası göstərilir: “Məlum olur ki, ictimai təhlükəli əməl soyğunçuluqdur.
Cinayət qanunvericiliyinə görə, bu cinayətlərin obyekti mülkiyyət münasibətləridir, mülkiyyət münasibətlərinin pozulması ilə müşayiət olunan talamadır.
-Oğurluq, yəni özgənin əmlakını gizli yolla talamadır.
-Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir.
-Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır.
-Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hadisəsi ilə bağlı olan basqındır”.
E.Hacıyev əlavə edib ki, qeyd olunanlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, başqa sözlə, cinayət qanunvericiliyində təsbit olunub: “Sadalanan ictimai təhlükəli əməllər əlamətlərinə, törədilmə üsul və vasitələrinə görə bir-birindən fərqlənir. Ona görə də onların hər birinin təqsirə görə fərqli məsuliyyəti, cəza sanksiyası var”.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info