“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
Tarix: 22.08.2019 | Saat: 19:09:00 | E-mail | Çapa göndər



"Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Komitənin sədri Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışıb. Sonra "REAL" televiziyasının hazırladığı sənədli film nümayiş olunub. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib. Əli Həsənov deyib ki, A.Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Onun bu istiqamətdəki xidmətləri ulu öndərimiz Heydər Əliyev tərəfindən xüsusi qiymətləndirilib. QMİ sədrinin ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub saxlanılmasında da birbaşa rol oynadığını bildirən Prezidentin köməkçisi qeyd edib ki, sadə insanlar bu nümunəni görüb digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar. İslam dini müdrik dindir. Onu xurafatdan uzaqlaşdırıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq prinsipial mövqe ortaya qoyub. Bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. A.Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 1993-cü ildə o, bütün insanları Ulu Öndərin ətrafında birləşməyə çağırdı. Bu da onun vətəndaşlıq missiyasının göstəricisidir. Azərbaycan dövləti onun fəaliyyətini layiqincə qiymətləndirib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bugünkü tədbirin çox əlamətdar olduğunu bildirərək qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var. Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar A.Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb. Qeyd edib ki, o, hələ gənc yaşlarında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına töhfələr verib. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A.Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadim və diplomat olduğunu bildirib. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinin əsasını dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Bu siyasətin reallaşmasına QMİ sədri də öz töhfəsini verir. A.Paşazadənin həyat və fəaliyyətindən danışan E.Nəcəfov qeyd edib ki, o, nəinki ölkə daxilidə və Qafqazda, eyni zamanda, bütün dünyada böyük nüfuz sahibidir. Ulu Öndər onun xidmətlərindən danışarkən demişdi: Əgər Allahşükür Paşazadə bütün Qafqazın Şeyxidirsə, biz bununla fəxr etməliyik. Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində Allahşükür Paşazadənin şəxsiyyəti çox böyük rol oynayıb. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikultural və tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
16.09.2019
Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info