Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
Tarix: 22.08.2019 | Saat: 19:10:00 | E-mail | Çapa göndər



Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanacaq


Qardaş Türkiyə son bir ildə 501 milyon 908 milyon dollarlıq kişmiş ixracı həyata keçirib

Ölkədə qeyri - neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz, xüsusilə bitkiçilik 25 faiz, qeyri-neft ixracımız 15 faiz artıb. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının emalı sənayesində ciddi artım baş verib. Bu gün dünyada ən gəlirli sahələrdən biri də quru meyvə istehsalıdır. Əgər dünyada quru meyvə məhsulları ixracında 2000-2008-ci illərdə 2,4 qat artım müşahidə edilmişdisə, bu rəqəmin 2023-cü ildə 1,3 qat artaraq 12 milyard dollar kimi bir məbləğə çatacağı nəzərdə tutulur.
Ölkəmizdə qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışlardan biri quru kimi meyvə-tərəvəz məhsullarının və şirəsinin, eləcə də ət məhsullarının istehsalı üçün müasir emal müəssisələri və soyuducu anbarlar şəbəkəsi yaradılacaq. Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanacaq, müxtəlif dəstək mexanizmlərinin köməyi ilə bu sahələrin inkişafı stimullaşdırılacaq.
Məlum olduğu kimi, müasir dövrdə Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi, o cümlədən aqrar sektorda üzümçülüyün dinamik inkişafı ölkənin əsas prioritetlərindən hesab edilir. Bu baxımdan 2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycanda şərabçılığın inkişafına dair dövlət proqramlarını ölkəmizin üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran dövlət sənədləri kimi qəbul etmək olar.
Respublikamızda üzümçülük zəngin inkişaf yolu keçib. Keçən əsrin 70-80-ci illərində Azərbaycanda iri üzüm plantasiyaları salınıb. 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara, üzüm yığımı 2 milyon 126,1 min tona, hektardan məhsuldarlıq ən yüksək həddə çatdırılaraq 99,2 sentnerə yüksəlmişdi. Həmin illər ölkədə 181 şərab zavodu fəaliyyət göstərib, 100-110 milyon dekalitr çaxır materialı, 10,4 milyon dekalitr şərab, 1,4 milyon dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında” qanun, eləcə də 2003-cü ildən başlayaraq 3 regional inkişaf proqramı qəbul olunub. Bu gün ölkədə quru meyvələrin istehsalı üçün imkanlar var. Hazırda bu sahədə bir sıra rayonlarda quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərir.

Türkiyə İngiltərəyə 136,7 milyon, Almaniyaya isə 56,7 milyon dollarlıq kişmiş ixrac edib

Bu gün bir sıra dünya ölkələri məhz quru meyvə ixracından yüksək məbləğdə gəlirlər əldə edirlər. Bu sahədə ixrac gəlirlərini artıran ölkələrdən biri də Türkiyədir. Türkiyə çəyirdəksiz kişmişlə bağlı 1 sentyabr 2018 - 17 avqust 2019 tarixləri arasında 99 ölkəyə 246 min ton qarşılığında, 501 milyon 908 milyon dollarlıq ixrac həyata keçirib. Türkiyə 2012-13-cü il mövsümündə 536 milyon dollarlıq quru üzüm ixrac edib. Çəyirdəksiz quru üzümün orta ixrac qiymətinin 2018/19 mövsümündə 2 min 35 dollara yüksəldiyini deyən Ege Quru Meyvə və Məmulatları İxracatçıları Birliyinin idarə heyətinin başçısı Birol Celep qeyd edib ki, 2017-2018-ci il mövsümündə 1617 min dollar olan ortalama ixrac qiyməti dollar nisbətində 26 faiz artım əldə edib. İxrac mövsümünün iki həftə sonra başa çatacağına diqqət çəkən Celep deyib: “Önümüzdəki iki həftə içində reallaşacaq kişmiş ixracı ilə 2018-19-cu il mövsümünü 520-530 milyon dollar aralığında başa vurmağı hədəfləyirik”. Türk quru meyvə sektoru, Uzaq Şərq bazarında həyata keçirdiyi təqdimat fəaliyyətlərinin bəhrələrini toplamağa başlayıb. Çəyirdəksiz kişmiş ixracının ən böyük artımı Uzaq Şərq ölkələrində baş verib ki, bu ölkələrə kişmiş ixracı 48 milyon dollardan 65 milyon dollara yüksəlib.
Uzaq Şərq ölkələrinə kişmiş ixracı 35 faiz nisbətində artıb, ümumi ixracdan əldə edilən pay isə 11 faizdən 13 faizə yüksəlib. Çinə kişmiş ixracı 135 faiz artaraq 2 milyon 90 min dollardan, 4 milyon 922 min dollara çatmaqla ilə rekord qırıb. Yaponiyaya kişmiş ixracı isə 63 faiz artımla 9,3 milyon dollardan, 15,2 milyon dollara çatıb. İngiltərəyə 136,7 milyon dollar kişmiş ixrac edilib, Almaniya isə 56,7 milyon dollarlıq türk kişmişinə üstünlük verib. Hollandiyaya 51,1 milyon dollar dəyərində türk üzümü ixrac edilib. Bu ölkələri İtaliya, Fransa, Avstraliya, İspaniya, Yaponiya, Belçika və İrlandiya izləyib.
Bu gün ölkəmizə müxtəlif quru meyvələri, o cümlədən kişmiş idxal edilir. Həm yerli bazarı tamamilə təmin etmək, həm də ixracı artırmaq üçün istehsalın artırılmasına ehtiyac var və həmin meyvələr ölkəmizdə yetərincədir. Bununla həm təbii yerli məhsul əldə etmiş olarıq, həm də bir sıra ölkələr kimi bu sahədən milyon dollarla gəlir əldə etmiş olarıq.

Nigar Abdulayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
19.09.2020
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info