Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir
Tarix: 22.08.2019 | Saat: 20:56:00 | E-mail | Çapa göndər




MİQ-29 təyyarəsinin qəzaya uğrama səbəbləri ilə bağlı dövlətin rəsmi mövqeyini şübhə altına almağa cəhd etmək Azərbaycanı sevməyən qüvvələrin işidir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, bəzi qüvvələr bu hadisəni siyasiləşdirməyə çalışırlar: “Əlbəttə ki, pilotumuzun həlak olması bizi çox kədərləndirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cür hadisələr dünyanın hər yerində baş verir. Çox təəssüf ki, bizdə də belə hadisə yaşandı. Əfsuslar olsun ki, Azərbaycanı sevməyən qara qüvvələr, radikal müxalifət bu hadisəni siyasiləşdirməyə çalışır. Onların məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir".
Deputat vurğulayıb ki, qəzada həlak olan pilotumuzun yaxınları da onların bu hərəkətini qətiyyətlə pislədi: "Təbii ki, bu qüvvələrin vahid məqsədi var - Ölkədə hər hansı bir hadisə baş verirsə, çalışırlar ki, onu siyasiləşdirsinlər və Azərbaycan dövlətinə qarşı istifadə etsinlər, insanlarda çaşqınlıq yaratsınlar. Əslində, cəmiyət yaxşı başa düşür ki, təlim-məşq zamanı belə hadisələr baş verə bilər. Bu hadisəni siyasiləşdirmək istəyən qüvvələr isə bunu ölkədə sabitliyi, inkişafı gözü götürməyən dairələrin diqtəsi ilə edirlər. Hesab edirəm ki, bu qüvvələr heç nəyə nail ola bilməyəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info