İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib
Tarix: 22.08.2019 | Saat: 21:00:00 | E-mail | Çapa göndər



“Fəridənin sorağında” sənədli filmi İran İslam Respublikasından “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd qismində seçilib. Bu nominasiya daha əvvəl “Ən yaxşı xarici film” adlanırdı.

AZƏRTAC “İslamosfera” saytına istinadla xəbər verir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan “Fəridənin sorağında” adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq sorağında İrana qayıdır.
Bir neçə il əvvəl İran mətbuatında “Hollandiyalı qız İranda özünün doğma ailəsini axtarır” kimi maraqlı sərlövhəli materiallar dərc olunmuşdu. Bu əhvalatı əsas götürən iranlı kinematoqrafçılar qrupu “Fəridənin sorağında” sənədli filmini lentə alıblar.
Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. Ekran əsəri İran Kino Sənəti Akademiyasının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, Montanada “Big Sky” sənədli kino festivalında, Kiyevdə insan haqları üzrə sənədli filmlər beynəlxalq festivalında, İstanbul kinofestivalında, Kazanda müsəlman kinosu beynəlxalq festivalında, həmçinin bir sıra Avropa kinofestivallarının proqramında iştirak edib.
Təqdirəlayiq haldır ki, sənədli film janrında ekran əsərini “Oskar”a ilk dəfə İran təqdim edir.
“Tehran Tayms”ın məlumatına görə, “Fəridənin sorağında” filmi onlarla namizədin daxil olduğu milli siyahıdan seçilib. İndi film Əlcəzairdən “Papiçu”, Gürcüstandan “Şindisi”, İsveçrədən “Şiksin ağuşuna Volkenbruxun ecazkar səyahəti” və bir sıra digər ekran əsərləri ilə “Oskar” uğrunda mübarizəyə qoşulacaq.
“Oskar” kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Sona Amal yaradıcılığı publisistikada” adlı kitab nəşr edilib
24.02.2020
Şah Mat Teatrı “İstehkam” tamaşasını təqdim edəcək
21.02.2020
Berlin Film Festivalında terror aktının qurbanları yad edilib
21.02.2020
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
21.02.2020
Rossininin “Sevilya bərbəri” nümayiş olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info