Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər
Tarix: 23.08.2019 | Saat: 00:30:00 | E-mail | Çapa göndər



Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı, sosial şəbəkələrin geniş kütlə arasında yayılması və internetin artıq hər evdə gündəlik həyatın tərkib hissəsinə çevrilməsi bir çox yeni fenomenlərə yol açır. Bunlardan biri də valideyn, qohum və yaxın ətraf tərəfindən uşaq fotolarının internetdə paylaşılmasıdır.

AZƏRTAC xəbər verir ki, elmi dairələrdə “sharenting” (parenting – valideynlik, tərbiyə etmək və sharing – paylaşmaq sözlərinin hibridi) termini ilə ifadə olunan bu fenomenin fəsadları çoxları tərəfindən düzgün qiymətləndirilmir. Britaniya alimlərinin apardığı araşdırmalara görə, müasir cəmiyyətimizdə uşaqlar beş yaşına çatana kimi valideynlər onların orta hesabla 1500-dək fotosunu internetdə paylaşır. Şəkil və videoları çəkilən uşaqlar həmin an valideynlərin bu görüntülərlə nə edəcəklərini bilmirlər və bu görüntülərin onların gələcək şəxsi həyat, karyera və sosial mühitdə ünsiyyətinə hansı təsirlər göstərəcəyindən bixəbər olurlar. Dünyanın ən yaşlı uşaq qurumu olan “Save the Children” təşkilatının İsveçrə nümayəndəliyinin rəhbəri Ömer Güvən bildirib ki, internetdəki bu paylaşmalar BMT tərəfindən təsbit olunmuş uşaq hüquqlarını, ilk növbədə şəxsi həyatın gizliliyi prinsipini pozur.
Nəzərə alınmalıdır ki, təkcə “Instagram” sosial şəbəkəsində 75 milyon post “kids” (uşaqlar), 160 milyon post isə “baby” (körpə) həştəqi ilə mövcuddur. “Google”dan sonra ən çox istifadəçiyə malik olan “YouTube”da yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.
Uşaq psixoloqu Filip Ramminq İsveçrənin SRF1 telekanalına bildirib ki, uşaqların görüntülərini şəbəkəyə yerləşdirəndə ölçü dərəcəsi gözlənilməlidir. Əgər valideynlər ailə bayramları, ailənin sevincli günləri və digər əziz günlərdə çəkilmiş görüntüləri paylaşmaq istəyirlərsə, bu zaman sosial şəbəkələrin təqdim etdiyi məhdudlaşdırıcı funksiyalardan istifadə etmələri tövsiyə olunur. Sözsüz ki, hər bir valideyn öz övladı ilə fəxr edir və bu sevinci başqaları ilə bölüşmək istəyir, lakin valideynlər çox zaman bu görüntülərin onların övladlarının gələcək həyatına hansı təsirlər göstərəcəyini bilmirlər.
Uşaq psixoloqları və tərbiyə məsləhətçiləri, həmçinin valideynlərə övladlarının gülünc vəziyyətlərdə, ağlarkən və ya müxtəlif emosional halları ifadə edərkən çəkilən görüntülərini onlayn platformalara yerləşdirməyi məsləhət görmür, gələcəkdə övladları üçün utancverici görüntüləri ictimailəşdirməməyə çağırırlar. Uşaqlar böyüdükdən sonra bu görüntüləri ailədaxili sferadan çıxararaq ictimailəşdirdiklərinə görə valideynlərini qınaya, onlarla problem yaşaya bilərlər.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info