“Təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası alqışlanası addımdır”
Tarix: 23.08.2019 | Saat: 13:39:00 | E-mail | Çapa göndər


Namiq Əliyev: “Bəziləri sosial şəbəkələrdə dövlətçiliyi, cəmiyyəti parçalamağa çalışırlar. Amma bu insanlar isə xeyirxah əməlləri ilə toplumu birləşdirdilər. Sizcə, hansı əməl yaxşıdır?”


Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gəncləri təhsil almağa daha da həvəsləndirir. Bu gün gənclərimiz nəinki orta məktəbin buraxılış imtahanlarında yüksək bal toplayır, qızıl medala layiq görülür və ali məktəblərə qəbul imtahanında yüksək nəticələr göstərirlər. Ali məktəbə qəbul olmaq istəyən gənclərin sayı ilbəil artır və bu il də ali məktəbə sənəd verən abituriyentlərin bir çoxu yüksək bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinə daxil olublar. Hazırda tələbələr ölkənin ali məktəblərində həm ödənişli, həm də dövlət hesabına təhsil almaq imkanına malikdirlər. Hətta bu gün tələbələr ödənişli əsaslarla təhsil alarkən kredit sistemindən yararlana bilirlər. Bununla yanaşı, bəzi xeyriyyəçi insanlar da gənclərin təhsil almasına yardım edir, öz köməyini onlardan əsirgəmirlər. Bu isə yalnız xalqımızın gənclərin təhsil almasına dəstəyi kimi qiymətləndirilə bilər. Lakin bütün bunları müsbət qiymətləndirmək, gənclərə dəstək olmaqla onları təhsilə daha həvəsləndirmək əvəzinə, bəziləri sosial şəbəkələrdə bu xeyriyyəçiliyə müxtəlif don geyindirməyə çalışırlar.
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev mövzu ilə bağlı bildirdi ki, sosial şəbəkələrdə tələbə adını qazanmış, lakin imkansızlıqdan təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası aparılır və bu, çox alqışlanası bir addımdır: “Artıq bir neçə tələbənin təhsilhaqqı toplanaraq ödənilib. Kampaniya hələ də davam edir. Bəziləri sosial şəbəkələrdə dövlətçiliyi, cəmiyyəti parçalamağa çalışırlar. Amma bu insanlar isə xeyirxah əməlləri ilə toplumu birləşdirdilər. Sizcə, hansı əməl yaxşıdır?”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
17.09.2020
Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
17.09.2020
Livandan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi cinayətdir
16.09.2020
Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür
16.09.2020
Azərbaycan heç vaxt imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info